2015-05-13 15:53

Təbiətlə sevgi arasında bənzərlik - psixoloq rəyi

Sevgi və həyat.

Sevgi həyatdır. Bəli həyat. Həyat təbiət, təbiət isə hadisədir. Sevgini təbiətlə qıyaslasaq, sanki oxşar cəhətləri çoxdur.

Təbiətdə baş verən hadisələr sevgidə də eynən olduğu kimidir. Təbiətdə günəşin istisi -sevgi, yağmuru - həsrət, ildırımı - sevənlər arasında mübahisə, qışı isə sevənlərin ayrılığına bənzəyir .

Yaz sevginin başlanğıcı, qığılcımı, yay - sevginin özü, payız sevgidə ayrılığı, qış isə sevgidə son deməkdir .

Müqayisədə sevginin başlanğıcı bahar fəslinə bənzəyir . Sanki sevgidə iki insanın bir - birinə yanaşması, tanışlığı, baxışması kimi, təbiətdə güllərin açması sevənlərin gülüşü, şəlalələrin, çayların, daşması isə sevənlərin çılğınlığına bənzəyir .

Sevənlərin bir - birlərinə xoş sözlərlə yarışması isə günəşin şüasına onun, istisi qədər insanın qanına yayılır .

Quşların cəh-cəhi isə sevən gənclərin pıçıltısıdır. Yaz fəslində çiçəklər daşları yarıb çıxır. Bax sevginin başlanğıcı budur .

Yay isə SEVGİDİR .

Yayda yağan yağış sevənlərin sevinc göz yaşlarına bənzəyir . Yayda dənizin rəngi sevənlərin gözlərinin işıltısından xəbər verir, kəpənəklər isə ən təmiz yerdə uçuşurlar, bu da sevənlərin təmiz qəlblərindən gözəl düşüncələrindən danışır. Gözəl düşüncələr, gələcəyə qurulan planlar .

Payız - araya düşən soyuqluq . Şimşək sevənlərin qəzəbidir, sanki. Ayrılıq, narahatçılıq ,həsrət yağan leysan isə sevənlərin həsrət göz yaşlarıdır. Əsən külək isə gedib - gələn şübhələr küləkdə göyə sovrulan daş ,qum parçaları isə sevənlərin bir-birinə dedikləri acı sözlər, o sözlər ki, küləkdə daş ,qum parçaları kimi üzümüzə vurulur. Tozun gözümüzə girməsi kimi, acı sözlər kimi qəlbimizi göynədir .

Qış fəsli .. Sevgiyə son … Ayrılıq kimi soyuq . Soyuq ağ qar öz yorğanına bürüyüb hər tərəfi donmuş qəlblər kimi, buz da hərəkət etməyə qoymur, donmuş düşüncələr kimi. Buz ayrılıqdı, sevənlər ayrıldıqda buz kmi yerində donub qalan hisslər kimi .

Gözəl oxucum! Sevgi həyatdır amma son olmamalıdır. Sevdiyin insanı olduğu kimi qəbul et . Yaxşıyla, pisiylə sanki bu təbiətdə baş verən hadisələr kimi. Bəli sevgi həyatdır. Sevgi sənsən . Sən də həyat və mənim dünyam.

Psixoloq Arzu Müzəffərova

Ekslüziv olaraq LiderXeber.az üçün

SON XƏBƏRLƏR


Yuxarı