2015-05-08 16:41

Avropa Oyunlarının məşəli Qarabağa belə aparıldı - Video Reportaj

Xəbər verdiyimiz kimi, Avropa Oyunlarının məşəli dünən Füzuli rayonunun Horadiz şəhərinə gətirilib.

LiderXeber.az-ın Qarabağ bürosunun verdiyi məlumata görə, paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan məşəl Horadiz şəhərində bayraq meydanında qarşılanıb. Məşəl estafeti saat 19:30-da start götürüb.

Məşəli qəbul edən Füzuli rayonu Qazaxlar kənd orta məktəbinin müəllimi Atamoğlan Qərəmanov 10 nəfər həmkarı ilə birgə yürüşü davam etdirib. 4300 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən müəllimlər məşəli bayraq meydanından Heydər Əliyev prospekti boyunca Heydər Əliyev meydanına çatdırıblar. Horadiz şəhər 3 saylı orta məktəbin idman müəllimi Rövşən Ələsgərov məşəli meydanda qurulan səhnəyə qaldıraraq, simvolik çırağı alovlandırması ilə festival başlayıb.

LiderXeber.com-un hazırladığı Video Reportajı sizlərə təqdim edirik:


Bəxtiyar Əhmədov

Nizami Süleymani

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı