2015-04-27 11:25

“Qarabağ hekayələri” Türkiyədə dərc olunub

Türkiyənin Ankara şəhərində Azərbaycan Ədəbiyyatında "Qarabağ hekayələri” adlı toplu işıq üzü görüb. 350 səhifəlik kitabı Türkiyənin "Yakınçağ” yayınları nəşriyyatı çap edib.

LiderXeber.az informasiya agentliyi xəbər verir ki, kitabı çapa Türkiyənin tanınmış yazarı İmdat Axşar hazırlayıb. Ön sözü Türkiyədə yaxşı tanınan, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva yazıb. 

Topluda Azərbaycan yazıçılarından 21 nəfərinin əsərləri yer alıb: Aqil Abbas, Sabir Rüstəmxanlı, Elçin Əfəndiyev, Əjdər Ol, Elçin Hüseynbəyli, Qənirə Paşayeva,  İmdat Avşar, Günel Anarqızı, Mahir Qabiloğlu, Novruz Nəcəfoğlu, Əkbər Qoşalı, Aydın Tağıyev, Aslan Quliyev, Pərvin Nurəliyeva, Yaşar Əliyev, Eyvaz Zeynalov, Afaq Şıxlı, Məqsəd Nur, Narıngül Nadirqızı, Kamran Nəzirli, Akif Əli.

 

 

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı