2015-04-23 13:09

Gənclər ekologiya mövzusunda maarifləndirildi - FOTO

Gənc nəslin ətraf mühitin mühafizəsi sahəsində maarifləndirilməsi və təşəbbüskarlığının artırılması məqsədilə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "NUR” Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən "Gənclərin Ekoloji Maarifləndirilməsi” layihəsi həyata keçirilib.

İctimai Birlikdən LiderXeber.az informaisya agentliyinə verilən məlumata görə, layihə çərçivəsində cəmiyyətin mühüm bir üzvü kimi gənclərin ekologiya sahəsində ictimai təşəbbüskarlığını motivə etməklə vacib məsələlərin həllində iştiraklarını artırmağa yönəlmiş 10 təlim təşkil edilib.

Təlimlərdə hava, su və torpağın çirklənməsi kimi müasir ekoloji problemlər, təbii ehtiyatlardan səmərəli istifadə olunması, yaşıllıqların salınması və qorunması, istehsalat və məişət tullantılantılarının idarə olunmasının təkmilləşdirilməsi və təkrar emalın təşkili, əhalinin ekoloji maarifləndirilməsi və ekoloji mədəniyyət, ətraf mühitin qorunmasında gənclərin rolu kimi ekologiya sahəsi ilə bağlı müxtəlif problem və mövzular müzakirə olunub.

Təlimlər zamanı qrup oyunları, interaktiv müzakirələr, təqdimatlar kimi metodlardan istifadə olunmuşdur. Təlimlərdə gənclər fəal iştirak etmiş və qlobal ekoloji problemlərdən və planetin gələcəyindən narahat olduqlarını ifadə ediblər.




Səbuhi Vaqifoğlu

LiderXeber.az


SON XƏBƏRLƏR


Yuxarı