2015-04-21 17:46

İlqar Kamilin “Ayrılıq” romanı işıq üzü görüb

Artıq bir müddətdir öz qələmi ilə oxucuların qəlbinə yol tapmağı bacaran gənc yazıçı və şair İlqar Kamilin “Ayrılıq” romanı Bakıda, “Parlaq İmzalar” Nəşriyyatında işıq üzü görüb.

Nəşriyyatdan LiderXəbər-ə bildirildi ki, "Ayrılıq” romanı cəmiyyətimizin müasir tələblərinə cavab verə biləcək müasir bir əsərdir. Roman bəzi məqamlarda insanı duyğulandırıb kövrəldən, bəzən həyacanlandıran, bəzən isə gülüş yaradan, bir sözlə insanı özünə bağlamağı bacaran peşəkar və axıcı bir qələmlə yazılmışdır.

Roman iki gəncin bir-birinə olan təmiz sevgisindən və onların qarşılıqlı münasibətindən bəhs edir. Bununla yanaşı, əsərdə hadisələr fonunda cəmiyyətimizdə aktual olan bir sıra məsələlər və problemlər də işıqlandırılmışdır ki, bu da əsəri günümüzlə səsləşməsi baxımından daha da maraqlı edir.

Əsərdə mövzunun əsasında duran ayrılıq məsələsinə yalnız bu günə qədər çox istifadə olunmuş maddi həyat anlamında yox, daha çox metafizik müstəvidə yanaşılmışdır.

Kitab nəfis tərtibatla "Parlaq İmzalar” Nəşriyyatında işıq üzü görüb və artıq Bakı və Sumqayıtın kitab mağazalarında satışdadır. Həmçinin nəşriyyatdan bildirildi ki, "Ayrılıq” romanını onlayn şəkildə də aşağıdakı keçiddən sifariş etmək mümkündür və kitablar bütün Azərbaycana üzrə pulsuz şəkildə çatdırılır:

http://goo.gl/forms/gWZ7pMmw9y


Bəxtiyar Əhmədov

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı