2014-03-03 12:58

Cənub mətbəxinin unikal yeməklərindən olan tıxma plov haqqında eşitmisiniz?

Olduqca zəngin olan cənub mətbəxində payız-qış mövsümündə bişirilən əsas yeməklər balıq və çöl quşlarından hazırlanır.

LiderXeber.com informasiya agentliyi olaraq budəfəki sizə təqdim edəcəyimiz unikal yemək isə bölgənin yaşlı nəslinə tanış olsa da, hazırki nəsilin bu barədə demək olar ki, heç bir məlumatı yoxdu. Söhbət çöl ördəyindən hazırlanan tıxma plovdan gedir. İlin günün bu vədəsində çöl ördəyindən hazırlanmış tıxma plovun dadına baxmaq istəyirsinizmi?Bu unikal yemək necə hazırlanır-bunu bizə usta aşpazımız Mikayıl Əhmədov izah edəcək.
Usta tıxma plov haqqında bizə məlumat verə bilərsiniz?
-Mikayıl Əhmədov- tıxma plov bizim milli yeməklərdən sayılır.İlin bu vədəsində,soyuq aylarda bişirilir.tərkibində düyü olmaqla çöl quşları,ola bilər həyət quşları da olsun,cavan quzu əti də ola bilər. 8 nəfərlik ailə üçün Tıxma plovun bişirilməsinə lazım olan ərzaqlar bunlardır.Bir ya iki ədəd çöl ördəyi,əvvəlcədən hazırlanmış ləvəngi,2 kq islağa qoyulmuş düyü,göyərti, alça turşusu,yağ və ədviyyatlar.Duz və istiotla qarışdırılmış alça turşusu quşların içinə yaxşıca çəkilir. Hazır ləvəngi quşların içinə doldurulandan sonra yemək hazırlanacaq qazana da əlavə edilir. Qədərincə su tökəndən sonra qazanı ocağa qoyan aşpaz bildirir ki,çöl quşları adətən gec bişdiyindən ən azı 1 saat qaynamalıdır.Quş bişən zaman vaxtdan istifadə edib digər hazırlıqları aparan usta əvvəlcədən hazırlanmış göyərtiləri –keşniş və şüyüdü doğrayır.Quş ətinin bişməsinə az qalmış düyü və göyərtilər qazana tökülür.
Xatırladaq ki, bu mərhələdə düyü quşla təqribən 1 saat bişməlidir.Çətin bişirilən və vaxt aparan yemək olsa da dadına söz ola bilməz.
Nuş olsun!



Gülnarə Quliyeva

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı