2015-04-14 17:58

Bu konfetlər ancaq qadınlar üçündür

Amerikalı bir qadın öz əhvalını yüksəltmək və səhhətini yaxşılaşdırmaq üçün yeni konfet resepti hazırlayıb.

LiderXeber.az informasiya agentliyi xəbər verir ki, Tanya Qrin adlı qadının resepti bir neçə problemi həll edir. Belə ki, bu şirniyyatlar sayəsində qadınların şirniyyata olan meyli azalır, xoşagəlməz hissləri aradan qaldırır və bədən quruluşuna təsir etmir. Tanya qısa müddət ərzində "PMS Bites" şirktini yaradıb və konfetin istehsalı üçün lazım olan vəsaiti toplayıb. O, cəmi 15 saat ərzində 5000 dollar yığıb. Bununla da konfetlərin istehsalına başlayıb.

İndi "PMS Bites" 3 növ konfet istehsal edir. Tanya bunların adlarının qadınların xasiyyətlərinə uyğun olduğunu deyib. Şirniyyatlar "təmiz çılğınlıq", "kokos dəliliyi" və "qəzəbin bütün növləri" adlarla adlandırılıb. Konfetlərin hamısı bitki tərkibli təbii inqrediyentlərdən hazırlanıb./anspress/

 

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı