2015-04-07 15:08

Bu gün Ümumdünya Sağlamlıq Günüdür

Ümumdünya Sağlamlıq Günüdür.

LiderXəbər-in məlumatına görə, 1948-ci ildə Birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmağını qeyd etmək məqsədilə bu günün təsis edilməyi təşəbbüsü ilə çıxış edib.

Ümumdünya Sağlamlıq Günü 1950-ci ildən etibarən hər il aprelin 7-də qeyd edilir.

Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları bərpa olunaraq, müasir avadanlıqlarla təmin edilir. Səhiyyə işcilərinin problemlərinin həlli də dövlətin diqqətindədir.

Artıq Milli Onkologiya Mərkəzinin yeni uşaq klinikası da tikilərək istifadəyə verilib. Bu, səhiyyənin ən ağrılı problemlərinin həlli istiqamətində görülən daha bir əvəzsiz işdir.

2012-ci il martın 7-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Milli Onkologiya Mərkəzinin uşaq klinikasına gəlişi, buradakı şəraitlə tanış olmağı göstərdi ki, gələcəyimiz olan uşaqların sağlamlığı, onlara diqqət və qayğı Fondun fəaliyyətində mühüm yer tutur.

Klinika müasir təbabətin qlobal problemlərindən olan uşaqlarda onkoloji xəstəliklərin fəsadlarına qarşı mübarizədə çox mühüm funksiyanı yerinə yetirir. Milli Onkologiya Mərkəzinin uşaq klinikasının istifadəyə verilməyi bu sahədəki problemlərin həlli istiqamətində irəliyə atılan vacib addımdır.

SON XƏBƏRLƏR


Yuxarı