2015-04-06 17:09

Müəllimlik sənəti yoxsa şagirdlərin qorxu hissi?

Bəşər tarixinin yarandığı dövründən müasir dünyamıza qədər bu peşə önəm kəsb etmiş və qiymət verilmişdir.Həmin insanlara sayqı ilə yanaşılmışdır.Bu insanlar "insanı öyrədən” adı altında, bu prinsipə əsaslanaraq daim xidmət göstərmişlər.İstər qədim yunanlarda istərsədə şərqdə bu peşəyə daim diqqət olmuş və zəncirvarı şəkildə nəsildən nəsilə ötürülmüşdür.

Bəs müəllimlik sənətinin əsasında nə durur ?

Müəllimlik-pedeqoji təcrübəsi olan , cəmiyyətin təməl prinsipində duran önəmli peşədir.Bu peşəyə sahib olan insanlar digərlərdən daha çox fərqlənməlidir.Bu fərqlilik özünü bir çox sahələrdə göstərir:

Humanistlik

Humanizim sözünü məlumunuzdur ki, hörmət etmək sözünə əsaslamışdır.Hər bir müəllimin üzərinə düşən başlıca məhsuliyyət humanist olmasıdır.Şagirdlərini, tələbələrini sevməli , hörmət və qarşılıqlı sevgi və sayqı anlayışını insanlara aşılamalıdır.Bu çətin bir iş olduğu məlumdur.Amma bu prinsipə sahib olamayan "Müəllim”lər bu peşəyə sahib ola bilməzlər.

Demokratiklik

Sinif otaqında və yaxuda auditoriyada daim demokratik olmalıdır.Bununla yetinməyərək sosial həyatdada demokratik olub, insanların hüquq və haqların taptalamamalıdır.İnsanlara fərdi yanaşmalı , onları dinləməli yekun olaraq insanların fikrinə hörmətlə yanaşmalıdır.Bu keyfiyyətə sahib olan müəllimlər öz şagirdlərinədə bu şəxsi keyfiyyəti aşılaya bilərlər və bunu özlərinə borc bilməlidirlər.

Öyrənənlərə fərdi yanaşma

Hər bir insan fərqli pisxologiyaya mənsubdur.İstər uşaq istərsədə yeniyetmə və gənc olsun hər birinə fərdi yanaşmaya borcludur.Fərdi yanaşma sayəsində müəllim ortada olan prablemi tez görə bilər.Bunun nəticəsi olaraqda prablemin həlli yollarında çətinlik çəkməz.Təsəvvür edək: "Auditoriyada 35 nəfər var.Hər bir tələbədə fərqli pisxologiyaya malikdir.Bu zaman müəllim öz şəxsi keyfiyyətlərindən istifadə etməlidir.Müəllim əgər 35 nəfərlə bir dillə danışsa o zaman doğru nəticə əldə edə bilməz.Müəllimlərin bu zaman etdikləri ən böyük səhf şagirdlərə toplum içində adını ifadə edərək yanlışını bildirməsidir.Bu səhfin ən doğrusu fasilə zamanı şagirdin səhfini ona normal və etik yolla bildirməsidir.Bu zaman şagird və müəllim arasındada hər hansı bir problem yaşanmaz və dərsin gedişatına zərər dəyməz”

Bəs Azərbaycanda müəllimlik sənəti necə başa düşülür?

Azərbaycan  əhalisi tarixi boyu fərqli ölkələrin yürüşlərinə məruz qalmışlar.Bu yürüşlər Azərbaycan əhalisinə hər tərəfli təsir göstərmişdir.Nəticə etibari ilə müəllimlik sənətinədə fərqli baxışlar yaranmışdır.Ərəb istilası zamanı bu peşəni icra edən din xadimləri idi.Mədrəsələrdə hər bir elm barəsində sərhədli məlumatlar verilir və bu məlumatlar əsas olaraq dinlə bağlı olurdu.Bu zamanda uşaqların pisxologiyasıda fərqli yönə çevrilirdi.Muasir dövrümüzə qədər ən çox müəllimlik sənətinə təsir "Rus” istilası zamanı olmuşdur.Rusların Azərbaycan təhsilinə və müəllimlik sənətinə təsiri daha genişdir desəm doğru olar.İstər çar rusiyasının istərsədə Sovet rusiyasının təsiri altında olana zaman Azərbaycan təhsili fərqli yön almışdır.Bu təsir indiki müasir dövrümüzədə çatmışdır.Doğrudur, qəbul etmək lazımdır ki, sovet dönəmində Azərbaycan təhsil sisteminə yeniliklər gəldi.Müxtəlif elm adamları bu dövrdə öz ixtira və elmi işləri ilə yadda qaldı.Amma müəllimlik sənətinə pisxoloji cəhətdən düzgün forma verilmədi.”Müəllim sinifin ağasıdır” termini formalışdı.Bu fikir heçdə qəbul olunan deyil.Çünki şagirdlər dərs zamanı nə qədər sərbəstlikdən kənar qalsalar o zaman içərilərində duyduğu qorxu hissə onlara prablem yaradacaq.Pisxoloqlarda testiqləyərki qorxu hissi keçirdiyimiz zaman beyin tam funksiyasını yerinə yetirə bilmir.Beyində tormuzlanma yaranır və buda uşaqın və ya yetişkin tələbənin pisxologiyasına təsir edir.Azərbaycanımızda olan əksər müəllimlərin bir çox problemləri var:

Özlərini "dahi” hiss etmələri problemi

Əslində bu tam pisxoloji problemdir.Bu bizim tam milli irsimizə mənsubdur.Dogrudur, toplum bunu qəbul etməsədə biz hər zaman özümüzü digərlərindən üstün tuturuq.Amma bu çox böyük problemdir.Fəsadlarına gəldikdə isə insan yeni məlumatları öyrənməkdən imtina edir və cəmiyyətdən özündən aslı olmayaraq geridə qalır.

Əziz hökümətim gələcəyin bir müəllimi kimi sizdən xahiş edirəm:

Müəllimlik sənətini sevdirməyə bizə kömək edin.Bu peşəyə ləkə gətirən "müəllimləri” təhsildən uzaq tutun.Biz Nizami məktəbinin biz Nəsimi məktəbinin övladlarıyıq.Bizim vəzifə borcumuz vətənimizə, millətimizə saqlam düşüncəli və Azərbaycançılıq ideologiyası ilə böyüyən şəxsiyyətlər yetişdirməkdir.

Elməddin Mirzəyev

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı