2015-04-04 10:24

Daha bir erməni oğurluğu - VİDEO

Ermənilərin Türk mədəniyyət nümunələrini öz adlarına çıxması təzə xəbər deyil.

LiderXeber.az informasiya agentliyi xəbər verir ki, Avstraliyanın Melburn şəhərində yaşayan erməni ailəsi kababın bişirilməsini videoya çəkib. 60 yaşlı Ervand Qarqinyan əsl "erməni şaşlıkı"nın necə bişirilməsini göstərir. Sosial şəbəkələrə yüklənən videoya 5 milyondan çox baxış olub. Artıq Britaniyanın Daily-Mail qəzeti də video haqqında reportaj hazırlayıb. Qədim türklərin mətbəx nümunələrini öz adlarına çıxan ermənilər bu yeməklərin adlarını dəyişməyə belə cəhd etmirlər.

Şişlik adlandırılan kababın nəyə görə "şaşlık"a çevrilməsi, dolmanın türk dilində doldurmaq sözündən götürüldüyünü, lavaş sözünün isə lay aş-dan yarandığının izahını isə ermənilər verə bilmirlər./anspress/

SON XƏBƏRLƏR


Yuxarı