2015-03-31 13:48

Amerika Yəhudiləri Yardım Təşkilatı 31 mart Azərbaycanlıların Soyqırım günü münasibəti ilə bəyanat yayıb

Amerika Yəhudiləri Yardım Təşkilatının Azərbaycan bölməsinin rəhbəri və AZİZ (Azərbaycan İsrail Beynəlxalq Assosiasiyası )idarə heyyətinin üzvü Rav Shmuel Simantov  31 mart Azərbaycanlılarının soyqırım günü münasibəti ilə  Azərbaycan xalqına baş sağlığı verib.

Amerika Yəhudiləri Yardım Təşkilatının Azərbaycan bölməsinin LiderXeber.com informasiya agentliyinə verilən məlumata görə.

 "O bildirib ki, ermeni daşnak qüvvələri və bolşeviklər günahsız azərbaycan xalqını vəhşicəsinə qətlə yetirmişdir. 12 mindən çox günahsız azərbaycanlı  soyqırıma məruz qalmışdır. Amerika Yəhudiləri Yardım Təşkilatı və bütün dünya  yəhudiləri adından Azərbaycan xalqına baş sağlığı verirəm. Tarix boyu bir neçə soyqırıma məruz qalan yəhudi xalqı  hər zaman azərbaycan xalqının dərdinə şərik çıxır.  Soyqırım qurbanlarına Tanrıdan rəhmət diləyirəm!”

Samir Aslan

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı