2015-03-14 14:53

Jurnalist Polad Aslan, Azad Arena verilişinə müsahibə verdi

Səhər tv-də yayımlanan Azad Arena verlişinin efirində araşdırmaçı yazar Polad Aslanovun iştrakı ilə efirdə ABŞ –Azərbaycan münasibətləri müzakirə olunub.

Polad Aslanov Azad Arenaya canlı müsahibə verərkən bildirib ki, Azərbaycan iqtidarı ilə Qərb, daha doğrusu, Amerika arasında əlaqələr beş il bundan əvvəl soyumağa başlayıb. Zaman-zaman hakimiyyətlər arasında yaşanan gərginlik hətta diplomatik münasibətlərə də təsir edib. Buna səbəb olaraq Polad Aslanov bildirib ki, Elə o vaxtdan hakimiyyət elitası Qərb ilə Rusiya arasında seçim etdi. Və Rusiya modelini - siyasi texnologiyasını Azərbaycana tətbiq etməyə başladı. Əvvəl üstü örtülü, sonra açıq - aşkar Qərbin tələblərini və maraqlarını gözardı edərək daxildə müstəqil siyasət yürütməyə başladı.


Polad Aslanov həmğcinin bildirib ki, son illərdə Azərbaycan Daxili siyasətdəki dəyişikliklər təbii ki, xarici siyasətə, bütövlükdə isə ümumi kursa təsir etməli idi. Və etdi də; Amerikaya bağlı radiostansiyalar yerli efir məkanından çıxarıldı; Avropa üçün həyati əhəmiyyət kəsb edən "NABUCCO” layihəsi ən azı qısa müddətə ertələndi; 2009-cu ilin aprelində Türkiyəyə xüsusi dəvət olsa da, səfərdən imtina edildi; Qərbin vasitəçiliyi ilə Sürixdə Ankara-İrəvan arasında imzalanan protokola dolayısı ilə təpki göstərildi; Dağlıq Qarabağa dair müzakirələrdə Rusiyaya üstünlük verildi və nəhayət, Bakıda humanitar əməkdaşlıq üzrə forum keçirildi və Moskva yeni mədəni eranın mərkəzi elan edildi.


Polad Aslanov ABŞ-ın Alternativ olaraq Azərbaycan təziq olaraq , Azərbaycanın mövqeyində - istər daxili, istərsə də xarici siyasi kursunda baş verən bu dəyişikliklərə Qərb - Amerika və beynəlxalq qurumlar laqeyd münasibət göstərir, hərdən sıradan bir bəyanat, sıradan bir hesabat verməklə kifayətlənirlər. İmitasiya formasında olan bu bəyanat və hesabatların arxasında demokratiya və insan haqlarından çox praqmatik, geosiyasi maraqlar durur. Yəni təzyiqi ona görə edirlər ki, geosiyasi və ya iqtisadi sahədə Azərbaycanın mövqeyini yumşaltsınlar. Daha doğrusu, Qərb ( ABŞ) bölgədə hansısa praqmatik maraqlarını təmin etmək üçün demokratiyadan, insan haqlarından, müstəqil mətbuatın adından bir vasitə kimi istifadə edir.


Polad Aslanov həmçinin bildirib ki, Azərbaycan əsas təziq kimi artıq Azərbaycan Qərb ölkələrinin və beynəlxalq təşkilatların təsnifatında demokratiyaya doğru inkişaf edən ölkə kimi deyil, antidemokratiyaya doğru inkişaf edən avtoritar ölkə kimi yer alır. "Euronews” telekanalının dövlət başçısına verdiyi suallarda bu məsələnin qabardılması qeyd etdiyimiz mövqeyin formalaşmasından irəli gəlir.


Təbii ki, son zamanlarda getdikcə artan təzyiqlər həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Təzyiq var, amma təhlükəli həddə deyil, çünki bu məsələdə Amerika ilə Rusiyanın bölgəsəl mövqeləri hələlik üst-üstə düşmür, yəni anlaşma olsa da tam uzlaşma yoxdur.


 

Samir Aslan

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı