2015-03-12 13:05

Ağ evdə Novruz şənliyi - VİDEO

ABŞ-ın birinci xanımı Mişel Obamanın təşəbbüsü ilə Ağ evdə Novruz bayramı münasibəti ilə şənlik keçirilib.

LiderXeber.az informasiya agentliyi xəbər verir ki, ABŞ-ın prezident iqamətgahındaBarak Obamanın həyat yoldaşıMişel Obamanıntəşkil etdiyi tədbirdə Novruz bayramını qeyd edən ölkələrin nümayəndələri iştirak ediblər.

ABŞ-ın prezidentinin həyat yoldaşı, çıxışında Novruz bayramın yaranmasından danışıb, o qeyd edib ki, Ağ Ev müxtəlif mədəniyyətləri əks etdirmək istəyir və Novruz bayramı da bunun bir hissəsidir.

Mərasimdə Novruz menyusu təqdim olunub və Azərbaycanın qədim oyun havası olan "Nəlbəki” rəqsi səsləndirilib.

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı