2015-03-03 15:41

İnsan alverinə qarşı mübarizə: "Qadınlar, sizin üçün!"

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin təşkilatçılığı ilə 8 mart qadınlar günü münasibətilə “Qadınlar, sizin üçün” adı altında xeyriyyə konserti keçiriləcək.

LiderXeber.az informasiya agentliyi xəbər verir ki, 7 mart tarixinə planlaşdırılmış xeyriyyə tədbirinə ictimai xadimlər, dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, KİV, iş adamları, QHT və tanınmış müğənnilər öz çıxışları ilə dəstək verəcək. 

Tədbirdə sənətçilər Roza Zərgərli, Qurd(reper), Zöhrə Abdullayeva, Rühəngiz Allahverdiyeva, Ramal Rəsul, Şəbnəm Tovuzlu, Cahan qrupu, Səs Qrupu, Çingiz Mustafayev (DJ Çina), Tural&Toğrul qardaşları, Əşrəf Dərya, Asif Məhərrəmov, Ellada, Zeynəb Həsənli və Türkan çıxış edəcək.

Tədbirdən toplanan ianələr DİN-in İnsan Alveri Qurbanlarına Kömək Fonduna köçürülərək, qurbanlarının ehtiyaclarına xərclənəcək.

Qeyd edək ki, sözügedən tədbir Azərbaycan Respublikasının Prezidentinin 24 iyul 2014-cü il tarixli Sərəncamı "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təbliğini nəzərdə tutur.

 

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı