2015-02-25 10:11

Xocalını Unutdurma, Sevgini Qarabağdan əsirgəmə!

1992-ci il 26 fevral məhs həmin gün.

Qan ağladı içimiz.Fəryad etdi analar , ürkək baxışlarda bir yanğı sezildi.Sevgi dolu insanların qəlbində bir yara açıldı.Gözəlim Xocalı tanınmaz hala salındı.Xocalı sanki xəritədən silindi.Xocalı qızı Xocalı oğlu bir vəhşətə düçar oldu.Bu soyqrımda 63 uşaq , 106 qadın , 70-i qoca və qarı olmaqla 613 nəfər qətlə yetirilmişdir.8 ailə tamamilə məhf edilmişdir.25 uşaq valideyin himayəsindən məhrum qalmışdır.1275 Xocalı sakini əsir götürülmüşdür və indiyə kimidə heç bir məlumat alınmamışdır.erməni zori balayan şərəfsizi Xocalıda millətimizin başına gətirdiklərini öz kitabındada qürurla qeyd etmişdir.Uşaqların gözlərini çıxarmaları hamilə qadınlara təcavüzlərini və bunun kimi vəhşilikləri.Öz dilləri ilə desələr belə dünya nədənsə hələdə susur...

27 il əvvəl olan tariximizə nəzər salaq:

Nəzərə alsaqki MDB məkanında ilk dəfə Azərbaycanda millət SSRİ-ə qarşı qalxıb.Rusiyada bunun cavabını vermək üçün ermeni düşmənçiliyi yaratdı.Tarix boyu kiminsə "tulası” olan ermənilər rusiyanın oynuna daxil oldular.1988-ci ildən başlayaraq guyaki ermənilər təcavüzkar mövqe aldılar.Bu yalana bizidə alatdılar.Millətimiz unutduki tarixi düşmənimiz Rusiyadır.Daha onar 1992-ci ildə fevral ayının 26-da Xocalıda soyqırım törətdilər.Rusiyanın siyasəti Azərbaycanın ərazi bütövlüyünün yenidən öz əllərində bütövləşməsi yönündə olması aydın aşkar şəkildə tarix boyu bizə məlum oldu.Amma əzəldən qorxaq millətimiz dünya miqyasında bunu dilə gətirməyə çəkindi.Xocalı sakinlərinin dilindən yazsam bir çox məqamı qeyd etmək olar.Muzdla tutulmuş vəhşilərin Xocalıda nə işi vardı ?

Məgər erməni dığalarının o əsgərlərə verəcəyi pul vardı ?

Aydın şəkildə qeyd etmək olar ki, burada Rusiyanın dəstəyi yox sırf Rusiyanın bizə qarşı açdığı bir müharibə idi.Bunu sübut edən amil isə SSRİ dağıldıqdan onar Azərbaycana demək olarki silah tərəfdən çox az təmin olunması idi.Əlimizdə olan silahla Qarabağı mühafizə etmək müşkül məsələyə çevrilmişdi.Bunu Rusiya məqsədyönlü şəkildə etmişdi.Sovet rusiyasının tərkibində olduğumuz zaman Qarabağın təbii sərvətlərindən daim istifadə etdiyi məlum idi bunu müstəqillik qazandıqdan onar davam etdirməyı çalışan Rusiya öz məqsədiə çatmışdır.Müasir dünyamızda Rusiyanın bizlərə qarşı birmənalı siyasət sərgilədiyi aydın şəkildə olmayına baxmayaraq Azərbaycan ictimaiyyəti bunu hələ görməyə çətinlik çəkir.Buna səbəb olan bir çox faktorlar var. Azərbaycanın daxilində olan prablemlər eyni zamanda Azərbaycan hökumətinin Rusiya hökumətinə qarşı "qardaş” siyasəti və s. bu kimi səbəblər vardır.

Xocalı faciyəsi dünya miqyasında necə tanınır ?

Xocalı faciyəsi soyqrım kimi tanıdılması vacibdir.Əvvala öz millətimizə baxaq biz Xocalını nə dərəcədə dərk edirik?

Xocalı həqiqətlərini dünyaya çatdırmaqdan öncə indiyə qədər etmədiyimiz bir şey olan erməni-rus nifrətini öz içimizdə qabartmalıyıq.Xocalı üçün bir gününmüzü deyil hər günümüzü ayırmalıyıq.Millətimiziə çatdırmaq lazımdırki "elinə qərənfil alıb , şərəfli bayraqa sarılaraq” vətənpərvər olmaq olmaz.Vətənpərvərlik insanın ruhunda olan bir duyğudur.Bu ruhun sayəsində Xocalı həqiqiətlərini dünyaya çatdırmaq lazımdı.Çünki bunu etmək üçün yetərincə əlimizdə dəlil və sübut var.erməni lobbisinin güclü olması üzücü məqabdır.Dünya miqyasında yalanlarını inandıran ermənilərdir.Amma biz doğrularımızla yalançı rolunu oynayırıq , bunun əsas səbəbkarı bizlərik.

Xocalı həqiqətləri ilə bağlı faktları sizlərə təqdim edirəm…

İngiltərənin "Frant line news” telekompaniyasının əməkdaşı Rori Patriks: "Naxçıvanik kəndi (Xocalı ətrafında) yaxınlığında mən onlarla eybəcər hala salınmış meyitlər gördüm. Bunlar Xocalı şəhərinin dinc əhalisi, yaxın məsafədən güllələnmiş uşaqlar, qadınlar, qocalar idi”.

Rus hərbçisi, mayor Leonid Kravets: "Bizi atəşə tutana qədər götürdüyümüz başqa bir oğlan uşağının başı yox idi. Mən hər yerdə xüsusi qəddarlıqla öldürülmüş və eybəcər hala salınmış qadın, uşaq, qoca meyitləri gördüm”.

İngiltərənin "Times” qəzeti (4 mart 1992): "Çoxları eybəcər hala salınmışdı, balaca bir qızın isə yalnız başı qalmışdı”

Rusiyanın "Moskovski komsomolets” qəzeti (29 yanvar 1994): "Xocalıdan əsir gətirilənləri gördük. Lakin onlar daha yaşamağa yaramırlar. Qışın şaxtasında onları sübh tezdən yalınayaq qarın-buzun üzərinə çıxarırlar. Başlarından soyuq su tökür, başlarında şüşə sındırırlar… Bir erməninin bir azərbaycanlı onar ikiyə böldüyünün şahidi oldum. Sonra uşağın bədəninin bir parçası ilə anasının üzünə və başına o qədər vurdu ki, övladının qanına bulanan zavallı qadın dəli olub gülməyə başladı”.
Xocalı sakini Əntiqə Qəhrəmanova: Əsgəran tərəfdən bir tank, bir BTR gəldi, yoldakı və yolun kənarındakı adamları qırdılar. Meyitləri cərgə ilə düzdülər, adamların qulaqlarını kəsir, qadınların döşünü kəsirdilər, kiminin gözlərini çıxarır, ya da yandırırdılar. Bir neçə hamilə qadının qarnını yarıb, uşaqlarını çıxardılar, ağacların üstünə atdılar. Bir erməni yeznəm Təvəkkülün qulağını kəsib ayağına bir güllə vurdu, onar onu ağaca bağladılar. Ondan tələb etdilər ki, "de, yer erməninindir”. Təvəkkül də dedi ki, "adam ölümdən ötəri yerini, Vətənini satmaz!”. Sonra ayaqlarına benzin atıb od vurdular, xeyli yanandan onar təkrar dedilər ki, "de, yer erməninindi”. Təvəkkül eyni cavabı verəndən onar başından benzini töküb, diri-diri yandırdılar

Xüsusi qəddarlıqla öldürülənlər: Telman Orucov, 1956-cı il təvəllüdlü, başının dərisi soyulub; Yelmar Əbdülov, 1949-cu il təvəllüdlü, başının dərisi soyulub; Fitat Həsənova, əlləri kəsilib; Bahadur Səlimov, 1928-ci il, cəsədi yandırılmış; İqbal Aslanov, 1970-ci il, yandırılıb, cinsiyyət üzvü kəsilib; Dilarə Nurəliyeva, gözləri çıxarılıb, döşləri kəsilib; Firəngiz Kərimova, 1935-ci il, bədəni tam doğranıb, gözləri çıxarılıb, döşləri kəsilib; Firuz Kərimov, 1960-cı il, diri-diri yandırılıb; Allahverdi Hüseynov, 88 yaşında, diri-diri yandırılıb; Ağayar İmani, 1989-cu il, diri-diri yandırılıb; Cəbrayıl Rəcəbov, 1961-ci il, gözləri çıxarılıb, qulaqları kəsilib; Canan Fərzəliyev, diri-diri yandırılıb; Ənahət Hümbətova, 1976-cı il, gözləri çıxarılıb, döşləri kəsilib; Hafiz Nuriyev, başı kəsilib; Hidayət Eyvazov, 1964-cü il, başı kəsilib; Vidadi Mustafayev, 1961-ci il, ermənini qəbri üstündə başı diri-diri kəsilib; Təvəkkül Əmirov, 1955-ci il, diri-diri yandırılıb; Əhməd İsayev, 1968-ci il xəncərlə başı kəsilib…

Xocalını Unutdurma , Xocalı təkcə Xocalı sakinin deyil sənin torpağındır.Sevgini Qarabağdan əsirgəmə!

 

Elməddin Mirzəyev

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı