2015-02-22 10:37

BSU-da tanınmış iş adamı ilə görüş keçirildi - FOTO

Bakı Slavyan Universiteti «İnnovasiya və Texnologiya üzrə» Rektor Müşavirliyinin ilk görüşü uğurlu iş adamı, Azərbaycanın aparıcı iş adamlarına biznesin idarə edilməsi üzrə konsultasiyalar verən təlimçi Fəxri Ağayevlə olub.

LiderXeber.az informasiya agentliyi xəbər verir ki, Görüşdə Fəxri Ağayev ‘Zamanın düzgün idarə olunması və uğurlu insan olmaq’ haqqında seminar keçib. Hədəflərin dəqiq planlanması və ona çatmaq üçün özünü inkişaf etdirməyin vacibliyini vurğulayan Fəxri bəy uğurlu olmağın yolunun motivasiyalı olmaqda və öz üzərində işləməkdə olduğunu bildirib. ‘

Zamanımızı necə düzgün şəkildə bölə bilərik?’ Seminarın bu hissəsi də tələbələrin xüsusi marağına səbəb olub.

Təlimçi bu haqda konkret misallar üzərində məlumat verərək zamanı düzgün şəkildə bölüşdürməyi və insanların özlərini inkişaf etdirmək üçün hər gün 6 saatlarının olduğunu aydınlaşdırıb.

Sonda tələbələrin suallarını cavablandıran qonaq mövzu ilə bağlı bir neçə faydalı kitablar tövsiyyə edib.

Qeyd edək ki, seminarda ‘ İKT və Reklam’ üzrə Rektor Müşavirliyi, Kölgə Kabineti və yaradıcılq fakültəsinin tələbələri iştirak edib.

 

SON XƏBƏRLƏR


Yuxarı