2015-02-18 18:01

Bakıda ənənəvi sığorta forumu keçiriləcək

Bakıda keçiriləcək Sığorta agentlərinin III Milli Forumunun tarixi məlum olub.

Azərbaycan Sığortaçılar Assosiasiyasından "APA-Economics”ə verilən məlumata görə, forum aprelin 6-da assosiasiyanın təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək.
Forumda Maliyyə Nazirliyinin, İcbari Sığorta Bürosunun, sığorta şirkətlərinin nümayəndələrinin, həmçinin, təqribən 250 sığorta agentinin, o cümlədən hüquqi şəxs kimi fəaliyyət göstərən bütün sığorta agentlərinin iştirakı, yəni ölkə üzrə fəaliyyət göstərən sığorta agentlərinin 30%-nin iştirakı planlaşdırılıb.
Qeyd edək ki, forumun qonaqları və burada müzakirə olunacaq mövzular yaxın günlərdə açıqlanacaq.

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı