2015-02-18 17:22

Zəlimxan Yaqub: “Sərdar Cəlaloğlu getsin siyasəti ilə məşğul olsun"

“Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir”.

LiderXəbər-in məlumatına görə, bu sözləri Kulis.az-a verdiyi açıqlamada Xalq Şairi Zəlimxan Yaqub deyib.

Zəlimxan Yaqub bildirib ki, Səməd Vurğunu tənqid edənlər onun heç topuğundan da deyil: "Sərdar Cəlaloğlu getsin siyasəti ilə məşğul olsun. Səməd Vurğun onluq deyil. Səməd Vurğun oğru da deyil. Oğru özləridir”.

Xatırladaq ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Kulis.az-a verdiyi müsahibədə Səməd Vurğunu plagiatlıqda ittiham edib. Bildirib ki, Səməd Vurğun "Ceyran” şerini Aşıq Ələsgərdən, "Azərbaycan” şeirini Əhməd Cavaddan oğurlayıb.

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı