2015-02-14 10:31

Azərbaycanlı tələbələrdən danışma və eşitmə qabiliyyəti olmayan şəxlərə dəstək - VİDEO

LiderXeber.az informasiya agentliyinin məlumatına görə, Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes inzibatçılığı fakültəsinin Tələbə Gənclər Təşkilatı (ADİU BİF TGT) "Qaya” qrupunun məhşur "Ey həyat, sən nə qəribəsən” mahnısını danışma və eşitmə qabiliyyəti olmayan şəxslər üçün "işarə dili”nə çevirərək, videoçarx formasında təqdim edib.

3 saylı internat məktəbinin dəstəyi ilə hazırlanmış videoçarxın hazırlanmasında əsas məqsəd danışma və eşitmə qabiliyyəti olmayan şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəkləməkdir.

Rejissoru Nicat Məmmədzadə, layihə rəhbəri Emil Mirzəyev olan video 50-yə yaxın TGT fəalının iştirakı ilə ərsəyə gəlib.



Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı