2015-02-11 13:26

Ər və arvad mübahisə edərkən nələri etməməlidir?

1. Heç vaxt valideynlərin adını çəkməyin.

İş burasındadır ki, söhbət əsnasında danışdıqlarınız yalnız özünüzə və partnyorunuza aid olmalıdır. Bir-birinizin yanında heç vaxt valideynləri xatırlatmayın. Valideynlərə görə inciklik sizə o qədər təsir edə bilər ki, bunun altından illərlə çıxmaq çətin olar. Həmçinin valideynlərinizə də sizin ailə işlərinizə qarışmağa imkan verməyin. Tutaq ki, bunların hamısı baş veribsə, bu o deməkdir ki, mübahisə təkcə ər və arvad arasında yox, iki ailə arasında cərəyan etməkdədir. Belə bir mübahisəni rahatlıqla düşmənçiliyə çevirmək olar. Hətta ər və arvad arasında harmoniya bərpa olunsa belə, ailələr arasında xoşagəlməz münasibətlər yerində qalacaq, bu da yalnız həyatı çətinləşdirəcəkdir.

2. Hər bir zorakılıqdan uzaq durun.

Adətən mübahisə zamanı gözəl xarakter, alicənablıq, xanımlıq kimi xüsusiyyətlər çox da qalmır. Buna görə də, bəzən nəzarət itir, danışıq məcradan çıxır, məsələ yumruq davasına gedib çıxır. Siz hər nə qədər əsəbi də olsanız, özünüzə və partnyorunuza şiddət və zorakılığa meyl etmək imkanı verməyin. Yəni buna şərait yaratmayın. Çünki sevdiyin insan tərəfindən ağrı çəkmək, sizin aranızda olan sevgini sarsıda bilər.

3. Heç vaxt boşanmağın adını çəkməyin.

Mübahisə zamanı heç vaxt boşanma adını çəkməyin. Çünki bu söz kişi və qadın arasında işlənə biləcək ən incidici sözdür. Əgər mübahisə zamanı tərəflərdən biri tez-tez boşanma adı çəkirsə, deməli, bir müddət sonra bu, həqiqətən də reallaşacaqdır. Əminliklə deyə bilərik ki, siz hələ də bir-birinizi sevirsizsə, əsəbləşib impulsiv boşanmanı gerçəkləşdirdiyiniz üçün bir gün bu əmələ görə peşman olacaqsız.

4. Mübahisə zamanı heç vaxt evdən getməyin.

Adətən filmlərdə belə göstərirlər ki, ər ya arvad evdən tələsik çıxır ki, öz munisinə çataraq ondan üzr istəsin. Lakin real həyatda bu baş verən deyil. Mübahisə zamanı evdən qaçmaq ən səriştəsiz davranışdır. Ən yaxşı üsul isə partnyorun kinayəli sözlərinə, replikalarına susmaqdır. Sakitləşəndən sonra isə baş verən münaqişəni çözmək mümkündür.

5. Heç vaxt ayrı yatmayın.

Siz öz partnyorunuzla bir yerdə yatmalısız. Necə ki, bunu mübahisə etməmişdən qabaq edirdiz. Bu gərginliyi azaltmaq üçün ən yaxşı üsuldur. Ola bilər ki, əvvəlcə bir-birinizə arxanızı çevirəsiz, amma bundan sonra, elə ki yuxuya getdiz, gündəlik adətləriniz sizin incikliyinizə üstün gələcəkdir. Səhər ayıldıqda isə, çox güman ki, partnyorunuzun sizin üzünüzə baxaraq, sizə gülümsədiyinin şahidi olacaqsız.

Vəssəlam, dava-dalaşa son!

Farid Abdullah

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı