2015-02-06 13:43

"Təmiz Dünya" İctimai Birliyinin sədri AzNews.az saytını məhkəməyə verir - EKSKLÜZİV

Təşkilat onlarla bağlı həqiqətə uyğun olmayan məlumatlara etiraz olaraq tədbir keçirilib.

LiderXeber.az informasiya agentliyinin verdiyi məlumata görə, bu gün Beynəlxalq Mətbuat Mərkəzində bəzi yerli mətbuat orqanlarında "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovanın adının insan alverində hallanması və Filippin vətəndaşı Fe Diaz Lliantonun öz ölkəsinə göndərilməsi prosesinin gedişi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlara etiraz olaraq tədbir keçirilib.

Tədbirdə ölkənin ictimai-siyasi xadimləri, təşkilat rəhbərləri və media nümayəndələri iştirak edib. Tədbiri açan "Təmiz Dünya” İB-nin sədri Mehriban Zeynalova AzNews.az saytında Mehriban Zeynalovanın adı insan alverində hallanır” başlıqlı yazıya etiraz edib. O, bildirib ki, media qurumu qarşı tərəfin mövqeyini öyrənmədən yaydığı materialda "KİV haqqında” qanunun tələblərini kobud şəkildə pozaraq həm "Təmiz Dünya” İB-nin, həm də birliyin sədri kimi mənim peşəkar və işgüzar nüfuzuma ciddi zərər vurub. Bütün bu göstərilənləri nəzərə alaraq məsələnin hüquq müstəvisində həlli nəzərdə tutulur.

Qeyd edək ki, "Təmiz Dünya” İB-yi bu məlumatlara aydınlıq gətirmək məqsədilə aşağıdakıları bəyan edir:

"DİN Baş Pasport və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 10.06.2013-cü il tarixdə keçirilmiş tədbirlər nəticəsində Filippin Respublikasının vətəndaşı, 13.08.1985 ci il təvəllüdlü Fe Diaz Llianto Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 35, mənzil 16 ünvanında müəyyən edilib. O, üzərində zorakılıq əlamətləri olması və azadlığının məhdudlaşdırılaraq işlərin yerinə yetirilməsinə məcbur edilməsi barədə verdiyi məlumatlar əsasında insan alveri cinayətinin qurbanı olmasının müəyyən edilməsi məqsədilə İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək qeyd olunan ünvanda məcburi əməyə məruz qaldığını bildirib, faktla bağlı 26.06.2013-cü il tarixdə istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.1-ci maddəsin (hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallarda başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə) ilə cinayət işi başlanıb. Cinayət təqibi ilə əlaqədar "İnsan alverinə qarşı mübarizə haqqında qanun”un 20.1-ci maddəsinə əsasən İAQMBİ-nin təşəbbüsü ilə insan alveri qurbanı olan Fe Diaz Lliantonun qanunvericilikdə müəyyən edilmiş qaydada 24.03.2014-cü il tarixədək Azərbaycan Respublikasında müvəqqəti yaşamaq hüququ əldə etməsi təmin edilib. Daha sonra həmin müddət 14.11.2015-ci il tarixədək uzadılıb. İlkin mərhələdə zərərçəkmişin müdafiəsi "Azərbaycab Miqrasiya Mərkəzi”İctimai Birliyi tərəfindən həyata keçirilib. Reablitasiya və reinteqrasiya işinə "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi cəlb olunub və zərərçəkmiş həmin təşkilatın sığınacağında yerləşdirilib. Sığınacaqda yaşadığı müddətdə Fe Diaz Lliantonun hərəkət sərbəstliyi təmin edilib, mobil telefon vasitəsilə istədiyi şəxslə əlaqə yaratmaq imkanı olub. 12.02.2014-cü il tarixdə istintaq yekunlaşaraq cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Keçirilən məhkəmə baxışının nəticələri əsasında 22.05.2014-cü il tarixdə qəbul olunmuş hökmlə Azərbaycan Respublikası vətəndaşı Mehdiyeva Aynurə Lətif qızı CM-nin 144-1.2.8 və144=2.1 maddəsi ilə cinayət törətməkdə təqsirli bilinərək 8 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, himayəsində 2 azyaşlı övladı olduğu nəzərə alınaraq ona sınaq müddəti verilib. Bundan sonra Fe Diaz Llianto çıxarılan hökmlə razılaşmayaraq 05.06.2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellasiya şikayəti verib. Bakı Apellasiya Məhkəməsi 1ci instansiya məhkəməsinin hökmü qüvvədə saxlayıb. Fe Diaz Llianto insan alveri qurbanı qismində tanınaraq onun barəsində qüvvədə olan, qanun vericilikdə nəzərdə tutulmuş qaydada sosial reblitasiya tədbirləri tam şəkildə həyata keçirilib. Ona sosial, tibbi, hüquqi, psixoloji, maddi yardımlar göstərilib, müvəqqəti yaşama yeri ilə təmin edilərək birdəfəlik müavinət ödənilib. Əcnəbi şəxs Fe Diaz Llianto Azərbaycanda daim yaşamaq hüququ əldə etmək məqsədilə dəfələrlə Dövlət Miqrasiya Xidmətinə müraciət edib, lakin ona bu icazə verilməyib. Bundan əlavə Fe Diaz Lliantonun "hüquqlarını müdafiə edən” şəxslərin nəzərinə çatdırmaq istəyirik ki, 17 oktyabr 2014-cü il tarixdə "İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanuna edilmiş dəyişikliklərə əsasən həmin qanunun 20.7-ci maddəsi ləğv edilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq hüququ verilmiş insan alveri qurbanı olan əcnəbi şəxs immiqrant statusu əldə edir və bundan irəli gələn hüquq və vəzifələrə malik olurdu. Fe Diaz Llianto 06.01.2015-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək öz ölkəsinə könüllü olaraq qayıtmaq istədiyini bildirib. Onun müraciəti nəzərə alınaraq nəqliyyat və digər xərcləri tam ödənilərək Azərbaycan Rrespublikası Nazirlər Kabinetinin 2013-cü il 10 sentyabr tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmiş "İnsan alveri qurbanlarının repatrasiya qaydaları”na əsasən 06.01.2015-ci il tarixdə saat 17:15-də Bakı-Doha-Manila aviareysi ilə öz ölkəsinə qayıdışı təmin edilib. "İnsan alveri qurbanlarının repatrasiyası qaydaları”na mvafiq olaraq gələcəkdə insan alveri cinayətinin qurbanı olması təhlükəsinin azaldılması üçün Filippin Respublikasının məlumatlandırılması məqsədilə 07.01.2015-ci il tarixdə Xarici İşlər Nazirliyinə müraciət edilib. Ancaq təəssüf ki, 03.02.2015-ci il tarixdə AzNews.az saytında Mehriban Zeynalovanın adı insan alverində hallanır” başlıqlı yaxıda yuxarıda göstərilən məqamlar əksini tapmayıb. Media qurumu qarşı tərəfin mövqeyini öyrənmədən yaydığı materialda "KİV haqqında” qanunun tələblərini kobud şəkildə pozaraq həm "Təmiz Dünya” İB-nin, həm də birliyin sədri kimi mənim peşəkar və işgüzar nüfuzuma ciddi zərər vurub. Bütün bu göstərilənləri nəzərə alaraq məsələnin hüquq müstəvisində həlli nəzərdə tutulur".

Səbuhi Vaqifoğlu

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı