2015-02-03 18:01

“Azərikimya”: “Atmosferə heç bir zərərli və zəhərli tullantı buraxılmır” - FOTO

LiderXeber.az informasiya agentliyi xəbər verir ki, bu gün  "Azərikimya” İstehsalat Birlyində ekoloji məsələlərin həllinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Respublika və yerli mətbu orqanlarının, həmçinin xəbər saytlarının nümayəndələrinin iştirak etdiyi mətbuat konfransında İB-nin İcraçı direktorunun Əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov bildirib ki,  Etilen-polietilen zavodunda əsasən bərk, maye və qaz tullantılar formalaşır. Bərk tullan­tılar zavodun ərazisində çeşidlənərək, hər biri üçün xüsusi olaraq ayrılmış konteynerlərə yığılır və müqavilə əsasında tullantı mərkəzlərinə daşınır: "Azərikimya” İB-nin müəs­sisələrində formalaşan bərk tullantıların zərərsizləşdirilməsi bağlanmiş müqavilə əsasında Sumqayıt Təmizlik Departamenti, ARDNŞ-nin Tullantı Mərkəzləri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Təhlükəli tullantılar” poliqonu tərəfindən həyata keçirilir.”

İB rəsmisi qeyd edib ki, 2014-cü ildə  972 tondan artıq məişət və digər qeyri-toksiki tullantılar Sumqayıt Təmizlik Departamentinin poliqonuna daşınaraq zərərsizləş­diril­ib.  ARDNŞ-nin "Tullantı Mərkəzi”nə isə  2011-ci ildən bəri 11 adda  ümumilikdə 231 tondan artıq çeşidlənmiş tullantı təhvil verilib. Uzun illərdən bəri toplanmış 57 915 m3 civə şlamı Ekologiya və Təbii Sərvətlər Nazirliyi­nin dünya standartlarına cavab verən «Təhlükəli Tullantılar» MMC-nin poliqo­nu­na daşınaraq zərərsizləşdirilib: "Beləliklə də müəssisənin, demək olar ki, bütün ərazisi bu zərərli və zəhərli tullantıdan təmizlənib. 2010-cu ildən etibarən «Təhlükəli Tullantılar» poliqonuna 108 adda 579 tona yaxın müxtəlif növ kimyəvi tullantılar daşınaraq zərərsiz­ləş­dirilib. Bunun da 214.5 tonu 2014-cü ilə təsadüf edir.”

V. Kərimov   jurnalistləri maraqlandıran suala da cavab verib: "Bu gün atmosferə "Azərikimya” İB-nin müəssisələri tərəfindən ictimaiyyəti və şəhər sakinlərini narahat edə biləcək heç bir zərərli və zəhərli tullantı buraxılır"


AbbasƏli Hüseyni

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı