2014-01-31 20:07

Soyuq Sətirlər

Qadını(Timoşenkonu) həbsə atılan ölkənin prezidenti sürgündə olar!

Terminatoru dövlət başçısı seçən xalqa məğlubiyyətini elan etməyə hakim gərək deyil!

Zəlzələ yerin dərindən köks ötürməsi hadisəsidir!

Kliçko-Yanukoviç siyasi rinqinin qalibi Rusiya-Ukrayna qara kəmərinin taleyini həll edəcək!

Barak Obama ilə Dalay Lamanın görüşü bizim eradan əvvəlki tarixə aid hadisədir!

Zəlzələ torpaq altında yatanların son nəfəsidir!

"Nazarbayev olsaydım, üç arvadım olardı"deyimini rəhbər tutan qazaxlar tək qadını olan kişiləri dövlət başçısı seçilməkdən məhrum etmişlər!

Maydanla Meydanın fərqi birində inqilab,digərinde avtoralli edilməsindədir!

Başında ərəbin Günəşi, içində Antarktidanın buzu olana "sevən adam" deyilir!

Millət vəkili Zahid Oruc

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı