2015-02-03 10:53

Zöhrab Məhsimov: "Qadınlarla asanddır, nəinki kişilərlə" - VİDEO

"Bu cür nəaliyyəti hələ heç kim Azərbaycanda edə bilməyib".

LiderXeber.az informasiya agentliyinin bu dəfəki müsahibi tanınmış idmançı Azərbaycan Qol Güləşi Federasiyasının baş məşqçisi Zöhrab Məhsimovdur.

- Zöhrab, qolgüləşi heç də asan idman növü deyil. Niyə məhz bu idman? Bu idmana marağı kim yaratdı səndə?

Düz buyurdunuz, bu idman növü digərlərindən fiziki hazırlığına görə fəqlənir. Bu idman daha çox, güc, iradə və səbr tələb edir. Maraq məsələsinə gəldikdə, hələ uşaqlıq vaxtlarımda tanınmış kino aktyor Slivester Stallonenin "Var gücü ilə” filiminə baxdıqdan sonra, bu idmana həvəsim daha da çox artdı.

- İdmana hansı yaşda başlamısan və hansı nailiyyətlərin var?

Qol güləşinə gedə-gedə idmanın judo növü ilə də məşqul olurdum, lakin getdikcə qol güləşi məni daha çox özünə cəzb etdi və mən, 21 yaşımdan qol güləşinə profesionalcasına yanaşdım. Nəaliyyətlərim isə 12-qat respublika çempionu, Beynəlxalq turnirlərin qalibi, dünya mükafatçısı və üç qat avropa üçüncüsüyəm. Amma mənim üçün ən yadda qalanı Azərbaycanda heç kimin edə bilmədiyini etdiyim, yəni, ən ağır çəkisi olan idmançılar ilə eyni çəkidə yarışıb və qalib olmağımdır. Hələ bunu ölkəmizdə heç kim bacarmayıb.

- Adətən idmançıların əksəriyyəti sistem işində olur, amma sən müəllim kimi çalışırsan. Səbəb?

Düzdür, o cür idmançılar çoxdur. Bu hər kəsin öz şəxsi işidir. Mənimsə həvəsim ancaq öz idman növümədir. Həmişə arzum olub ki, ölkəmizi beynəlxalq yarışlarda təmsil edib bayrağımızı yüksəklərə qaldırım.

- Hər bir idmançının kumiri olur. Bəs sənin üçün o hansı idmançıdır?

Məşğul olduğum idman növündə kumirim bu idmanda "professor” ləqəbini almış amerikalı Con Brzenkdir. - Məşqçi kimi xanımlarla işləmək çətindir, ya kişilərlə? Əlbəttdə ki, kişilərlə. Çünki xanımlar nə deyirsən edirlər, lakin kişilər hər şeyi sorğu-sual edirlər.

- İstirahətin necə keçir?

İstirahət vaxtlarım səmərəli keçir. Boş vaxtlarımda üzgüçülüklə məşğul oluram. Bundan savayı, dostlarla birgə kinoya baxırıq. Eyni zamanda, idmançı dostlarımızla, rəqiblərimizin yarışlarına baxıb, onları analiz edirik.

- Onsuz da gün boyu idmanla məşğul olursan. Tələbələrə dərs keçəndə darıxdırıcı olmur?

Xeyir, əksinə bu, mənə zövq verir. Elə mən bunun üçün burdayam da. Sevinirəm ki, onları düzgün istiqamətə yönəldirəm.

- Hər məşqçi bir məsləhət görür. Kimə inanaq və düzgün necə qidalanaq?

Güclü idmançı olmaq üçün düzgün qidalanmaq lazımdır. Hər bir insanın bədən fizialogiyasına uyğun qida tətbiq etməlidir.

 

- Zöhrab, eşitdiyimə görə avtomobil həvəskarısan. Hansı marka maşınları xoşlayırsan və ümumiyyətlə şəxsi avtomobilin var?

Müsahibimiz gülümsəyərək sualımıza bu cür cavab verdi. Bəli, düz eşitmisiniz. Mən "Volkswagen Passat CC" markalı avtomobili xoşlayıram. Elə bir-iki günə inşəallah arzularımın maşınına sahib olacağam.

- Bir çox idmançılar üçün artıq içki, siqaret adi hal alıb. Bəs sənin üçün?

Professional idmana üzt tutan idmançı nə siqaret, nə də içkiyə tərəf üz tutar. Şükürlər olsun ki, mən bunlardan uzağam.

 - Bildiyimizə görə, ailəlisən. Evə çörəkpulunu idmandan qazanırsan, yoxsa əlavə gəlir mənbəyin var?

Keçdiyim idmandan gələn gəlirimi, digər professional idmana üz tutan tələbələrimə yönəldirəm. Bundan başqa, özümün kiçik biznesim var. Şükürlər olsun Allaha ki, dolanırıq. - Gənc idmançılara tövsiyələrin Gənc idmançılara onu tövsiyə edərdim ki, məşqlərə davamlı şəkildə gəlsinlər. Əgər sən yüksəlmək istəyirsənsə, onda gərək nizam intizama fikir verəsən. Və onlara daha bir tövsiyəm bundan ibarət olacaq ki, bütün neqativ işlərdən əl çəkib, vətəninə, xalqına və öz inkişafları üçün xidmət etsinlər. 

Söhbətləşdi AbbasƏli Hüseyni

İdmançımızın xarici yarışların birində erməni idmançısını məğlub etdiyi anları sizlərə təqdim edirik:


 

 

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı