2015-01-24 10:48

Peşəkarlığı necə başa düşürsən?

İçində özüm olmaqla bu ölkədə gəncsənsə demək sən bu ölkənin poblemisən.Problemin kökündə sənin peşəkarlığın dayanır.Əgər sən peşəkarsansa demək sən bir addım öndəsən.Amma əsas tərəfdən yanaşsaq biz bir addım geridəyik.Və bu belədə qalacaq.Əziyyətlə universitetə qəbul ol,4 il təhsil al.Və əsas məqama çatanda ilk sual sən peşəkarsanmı,iş təcrübən varmı?Yoxdursa geri  qayıda bilərsən ilə yola salınırıq.Bizim ölkədə peşəkar doğulmaq lazımdır.Günahı analarımızda tapaq ki,bizi niyə peşəkar doğmayıblar?Bəlkə hamilə vaxtı nəsə peşəkarlıq vitamini var ki onu qəbul etmək lazımdır.Bunu peşəkarlardan soruşsaq onlar daha yaxşı bilər məncə.Görəsən biz tələbələrin günahı nədir ki,universitetə qəbul olub daha doğrusu desək universitetdə mövcud olmayan şəraitin reklamına inanıb gedirik və sonra heç nə görmüyəndə artıq geri dönmək şansımızda qalmır.Bu gün ölkəmizdə işə qəbul olmaq istəyirsənsə sən təcrübəli olmalısan.Ay balam sən doğuşdan peşəkar olmamısanki...Hər halda hardansa başlamısanda.Bu gənclərə hardansa yol açılmalıdır ki,təcrübə görsünlər peşəkarlığa addım atsınlarda.Elə hey bizə peşəkar lazımdır deməklə deyilki.Maraqlısı burasındadır ki,bu peşəkarlığı ən çox televiziya və radio sahəsində tələb edirlər.Görəsən orda işləyənlər öz keçmişini unudublar yoxsa doğurdanda peşəkar doğulublar?!Və daha maraqlısı burasındadır ki,peşəkarlığı qeyri ixtisasdan olan amma jurnalit işləyən şəxslər tələb edirlər.Daha açığı kiminsə əli ilə gələnlər.Jurnalistikanı bilməyib amma peşəkarlıq tələb edənlər adamı yandırır.Bax bizim gənclik budur.Sən bu ölkənin gəncisənsə və sən peşəkar deyilsənsə axırın yoxdur deməkdir.Guya ki,gələcək biz gənclərin əlindədir.Amma öyrədən yoxdur.Hamı hazıra nazirlik tələb edir.Bilmirəmsə demək mənim problemimdir.Belə.Necə deyərlər gedirik də yavaş-yavaş.Harda qırıldı-qırıldı.Mən peşəkar doğulmamışamsa heç kimi qınaya bilmərəm bu ölkədə.Ya taleyimlə barışmalıyam,ya da peşəkarsızlığımı qəbul etməliyəm.Peşəkarların dili ilə növbəti postlarda görüşənədək...

Elşən Yəhyayev

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı