2015-01-14 14:08

“Şəxsiyyətinizə hörmət edin”

Fikrimə Fazil Mustafanın öz dilindən çıxan sözlərlə başlamaq istəyirəm.

"Bütün mənbələri böhtan olaraq qəbul etmək yanlışdır.” Bu cümlə millət vəkili Fazil Mustafaya aiddir. Elə bunu əsas gətirərək də Babək haqqında, eləcə də digər şəxsiyyətlərimiz, o cümlədən Ş.İ.Xətayi haqqında deyilən bütün müsbət və yanlış fikirləri böhtan olaraq qəbul edirəm. Fazil bəy düşünə bilər ki, bu yanlışdır. Elə isə Fazil bəy, özü də bilməlidir ki, tarixi şəxsiyyətlərimizə qarşı ərəb və İran mənbələrinə istinad verərək səhv fikir səsləndirmək ən böyük yanlışlıqdır. Öncədən bildirim ki, bu ərazi türklərin ərazisi olub. Türklərin öz inancı, öz əqidəsi, mənliyi olub. Babək də türk idi. Və əzilməyi sevmirdi. Sizə bir sual verim, onu düşünün. Ərəbin qədim Azərbaycan torpaqlarında nə iş vardı? İslam, İslam deyib aləmə səs salırsınız. Elə isə deyin görək qızları diri-diri basdıran, səhrada sürünənlərin özləri və yaratmış olduqları din Azərbaycan ərazisində niyə yayıldı?

Düşünün. Babək işğalçı ərəb dövlətinə, zorla yayılan İslama qarşı olan bir şəxsiyyət idi. Onun bilik və bacarıqları xürrəmilərin başçısı olmağa gətirib çıxardı. "Cavidanın ruhu Babəkə daxil oldu”–nağılını Fazil bəy ortak məktəbdə oxuyan ibtidai sinif şagirdlərinə danışa bilərsiniz. O da etikanı gözləmək şərti ilə. Babək Cavidanın vəsiyyəti əsasında, eləcə də Cavidanın həyat yoldaşının Babəkə qarşı simpatiyasın görə lider oldu. Gəlin əvvəli çoban olanları müqayisə edək. Məhəmməd peyğəmbər və Babək. Biri din yaratdı öz ərazisində. Və o dini zor gücünə ətraf ərazilərə yaymağa səslədi. Öz əshabələrinə onlardan olmayanları kafir adlandıraraq öldürməyi əmr etdi. Digəri isə 3 əsr sonra onun ərazisinə soxulan və yeni yaranan həmin dinə qarşı üsyana qalxdı. Bərabərhüquqlu, əsarətsiz bir cəmiyyət qurmaq uğrunda savaşa başladı. Hər bir insanın öz seçimi olduğunu bildirdi. Bu bir liderin öz xalqına olan bağlılığı idi ki, o dövrdə Babəkdə özünü göstərdi. Fazil bəy, Babəkin İslama qarşı olduğunu deyərək, onu az qalsın yenidən edam etmək fikrində idi. Və digər bir tutarlı səbəb kimi qadınların bölüşdürülməsini əlində əsas götürürdü. Belədə sual olunur ki, bəs elə isə İslamın yaradıcısı olan Məhəmməd peyğəmbər niyə 4-5 qadınla evləndi? Niyə azyaşlı qızla ailə qurdu? Məgər bu doğru hesab olunmalıdırmı? Deyəcəksiniz ki yalandı. Elə isə Babəkin haqqında deyilənlər də yalandı. Yox əgər yuxarıda səsləndirdiyiniz fikirlə razılaşsanız o zaman yenə də yanlış olduğunuzun fərqinə varacaqsınız. Babəkin türk olduğunu xəlifə əl Məymun gözəl bilirdi. Ona görə də ölərkən Mötəsimə ələ keçirtdiyi türk ərazilərindən orduya türkləri cəlb etməyi tapşırdı. 835-ci ildə Mötəsim, Afşini xürrəmilərə qarşı döyüşən ərəb ordusuna baş komandan təyin etdi və ona əksəriyyəti türklərdən ibarət bir ordu verdi. Əminəm burada da deyəcəksiniz ki, Afşin də türk deyil. Bəs elə isə mənə izah edin ki, niyə Afşin ac qalaraq edam olundu??? Səbəbini çətin biləsiniz. Elə isə deyim. Afşin Babəklə görüşəndə ona bildirmişdi ki, xilafətə qarşı müttəfiq olaq. Amma Babək imtina etdi. Çünki o boyunduruq altında azad olmağı, xoş ömür sürməyi mənliyinə sığışdırmırdı. Afşin bunu bildikdən sonra xilafətə qarşı təkbaşına mübarizə aparmağı planlaşdırdı. Orduda olan türkləri bu plandan hali etdi. Amma az sonra hazırda içimizdə olan bəzi şəxsiyyətsiz satqınlar kimi o zamanda biri çıxıb Afşini satdı. Beləcə edam olundu. Fazil bəy, bu gün öz keçmişinə qiymət verməyən, sabah gələcəyini dəyərsizləşdirər, biri gün atar. Şəxsiyyətə pərəstiş etmək yox, ona hörmət etmək lazımdır. Diqqətinizə çatdırım ki, Naxşıvan Muxtar Respublikasında Babəkin adına rayon var. Əgər Babək sizin az qala vətən xaini, İslam düşməni elan edəcəyiniz şəxs olsaydı, bunu xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əlirza oğlu Əliyev hakimiyyətdə olduğu dövrdə aradan qaldırardı.

Məncə sizin Babək haqqında artıq söz deməyiniz yersizdir. Fikrimi rəhmətlik Bəxtiyar Vahabzadənin şeiri ilə sonlandırıram. Bəlkə də bilirdiniz, bəlkə də yox. Amma o rəhmətlik içimizdə şəxsiyətini axtaranların olacağını bilirdi:

Babək söy köküylə bizdən deyilmiş,

Xətai islamı ikiyə bölmüş,

Fətəli Allahsız, Vaqif baz idi,

Filankəs azacıq qumarbaz idi,

Gecəli gündüzlü Hadi dəm idi,

O əyyaş, bu fərsiz, o bigam idi,

Biri qərəzkardır, biri xəsisdir,

Bu ondan yaxşıdır, o bundan pisdir,

Natavan beləydi, Həcər eləydi,

Böyüklər önündə o bir köləydi,

Rəhmətlik demirik amma bir kərə,

Milləti ucaldan rəhmətlilərə

Bir deyən yoxmudur, Pəki SƏN KİMSƏN?!

Danış, bu Millətə nə gətirmisən?!

Sən böhtan atdığın bu böyüklərin,

Yüzdə biri qədər nə iş görmüsən?!

 

Elçin Əfəndi

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı