2014-02-24 09:00

Piylənmənin qarşısının alınması yolları - MÜSAHİBƏ

Son zamanlar insanlar əsasən piylənmədən əziyyət çəkirlər. Bəs görəsən piylənmənin qarşısını almaq mümkündürmü? Əgər piylənmənin qarşısını almaq mümkündürsə, onda qarşısını necə alaq?

Mövzu ilə bağlı dietoloq-həkim Leyla Zülfüqarova LiderXeber.com informasiya agentliyinə müsahibə verib. Həmin müsahibəni sizlərə təqdim edirik:

Piylənmə orqanizmin çox hissəsinin piy toxumaları ilə əhatə olunmasıdır.

Səbəbləri coxdur.

1) Alimentar-yeni qeyri-düzgün qidalanaraq.

2) Hormonal statusun dəyişməsi.

3) Şəkərli diabetin fonunda.

4) Bir sıra hormanal terapiyadan sonra dərmanların yan etkisindən

5) Psixoloji

6) İrsi konstitusyon mənşəli.

Müraciət edənlərin çox böyük əksəriyyəti məhz piylənmə statusunda olanlar, əlbəttə ki,  yaş qrupuna görə ayırsaq,  bu yeniyetmələr, gənc analar və orta yaşlı menapauza dövrünü keçmiş xanımlarımızdır.

Piylənmənin qarşısını almaqdan ötrü əlbəttə ki, insanlar genetik olaraq ailələrində əgər şəkər, zob və kökliyə meyillik hiss edirlərsə, həmin vaxtdan etibarən həkim kontroluna getməlidirlər .

Ümumiyyətlə, sağlam rasional qidalanaraq insan həm sağlam, gənc qalacaqdır, həm də əvvəlinde danışdığımız kimi artıq çəki, piylənmə xəstəliyindən əziyyət çəkməyəcəkdir.

Bəs sağlam qidalanma nədir?

Bu insanın gün ərzində orta dərəcədə porsiyalarla qidalanması, gün ərzində təşkil olunan rasionun müxtəlif, yəni balanslaşdırılmış tərtib olunmasıdır. Eyni zamanda, rejimli qidalanma olmalıdır. İnsanlar gün ərzində 3 əsas yemək vaxtını etməli, səhər, günorta, axşam və 2 ara yemək vaxtını da ötürməməlidirlər. Bu da əlbəttə ki, səhərlə -nahar arasında bir dəfə və naharla axşam arasında isə 2-ci dəfə istifadə olunmalıdır.

Gün ərzində su qəbulu mütləq vacibdir. Bu hər insanın kiloqramına görə 30 ml vurularaq qəbul olunmalıdır.Yəni 60-70 kq-lıq insan üçün təqribi olaraq 2, 2,5 litrə yaxın olmalıdır.

  

Səbuhi Vaqifoğlu

LiderXeber.com


SON XƏBƏRLƏR


Yuxarı