2014-12-30 17:50

Ədalətli düşüncə tərzimiz

Eşq olsun ədalətimizə! Eşq olsun ədalətli xalqımıza!

Sözlərimə bu cür başlamaq istəməzdim,çünki hamı bilir ki,bizim xalqımızın tərifdən gözü doymur.İndi də özümüzlə fəxr edib başlayacayıq özümüzü xalqların ən birincisi elan etməyə. Bizim xalqımız ki, var çox ədalətli xalqdır,əminliklədeyə bilərəm yenə tam ədalətli şəkildə bu məsələyə yanaşıb deyəcək ki, biz dünyanın ən qabaqcıl və öndə gedən xalqıyıq. Birdən bilirsiz nə olacaq? Birdən bir gözəl,oxumuş,nazənin qız qalxıb deyəcək ki, mənasız boş-boş danışmayın,nə birinci öndə gedən? Əgər bizim günümüzdə olanlar birincidirsə, onda sonuncu nə gündədir? Bax onda bizim ədalət sevər kişilərimiz ayağa qalxıb qızıəlindən tutub yerinə oturdacaq və deyəcək ki,otur,qızsan,bilmirsən,az çərənlə! Oxumaq? Ədalətli olmaq üçün oxumaq lazımdır. Bu sözü deməyimə görə peşmanam,çünki indi məni İslam üləmaları danlayacaq,yuxarılar üstümə gələcək ki, kəs səsini! Oxumaq? Oxumaq kimi mənasız bir şey yoxdur,çünki oxuyan insan məcburdu sözün düzünü deməyə. Tövbə əsrəğfirullah,sözün düzünü demək dünyanın ən böyük günahıdır.Mən buna görə uca yaradana tövbə edirəm. Bəzən deyirəm oxumayaydım kaş elə cahil qalaydım. Onda mən də fikirləşməzdim. Mən də susub hər şeyi olduğu kimiqəbul edərdim. İndi oxumuşam hə deyirəm inkar et düşündüklərini,yox,yox bacarmıram. Axı mən də düşünən  varlığam! Ölü deyiləm! Kaş oxumayaydlm mən ədalə taxtaran yazıçıları! Ədalət nədir?- Olan şeydən danışarlar. Olmayanımən haradan bilim ki nədir? Heç bu həyatda olmayan nəsə haqda danışmısız? Mən danışacam.Ədalət- hər şeyə bərabər hüquqla,eyni gözlə baxmaqdır. Kişi ilə qadın bərabərdir,çox şükür deyirəm bu hüquq bəzi bölgələr istisna olmaqla həllini tapıb,millət öz düşüncəsini bu yöndə təkmilləşdirib.Daha İslamın buyurduğu Kişi daha çox hüquqa malikdir şəriəti ilə heç nəyə baxılmır. Axı biz demokratiyada yaşayırıq.Demokratiya? Mən yenə yalan...Nəysə susum.Bəli susum. Susubbu millətin yenə mənasız dini inanclarını,yenə millətin dinindən istifadə edib onları daha da cahil edən və Beşbarmaq dağının möcüzəsinə,ya da Nardaran pirinin qüdrətinə inandıran böyük ustad müctəhidlərimizin şərəfli yolunu seyr edim.Susum? Yox bacarmıram qardaş,susub oturmaq mənlik deyil. Dinsiz,axmaq adlandırdılar məni.Beləyəm! Qoy belə olum! Amma mən yalan danışa bilmirəm. Beşbarmaq dağının fəzilətlərini deyib camaatı aldada bilmirəm.Ya da cəmiyyətimiz mədəni inkişafdadır deyib haqqı dana bilmirəm.Günahım? Günahım elə budur.Günahım odur ki,mən bircə peyğəmbərə itaət edirəm,day Sistiani,Xomeyni,onların qohum-əqrəbası, seyidlər,mollalar,falçılar,ekstrasenslər,üləmalara yox.Günahım ondadır ki,ən düşündüyümü deyirəm,beyinə yeridilən hər fikri dəstəkləmirəm.Bəli,mən düşünən varlığam. Ədalət-düşünməkdir. Yox qardaş,nə düşünmək? Əsalət odur ki,öz xeyrinə edəsən hər şeyi,ünki hər şeydən əvvəl sənsən.Birinci gəlirsən.Milətin dərdi sənəmi qalıb? Ədalət odur ki,bu beş günlük dünyada yeyib içib kef edəsən və sonra deməyəsən ki,ölürəm gözüm arxada qalır.Ədalətli ölümdürmü  bu? Xeyr! Ədalət odur ki hər şeyi yıxasan Allahın boynuna. Əlbəttə olanlarda insanın heç bir səhvi yoxdur.Allah qəzavü qədəri necə yazıb elə də yaşayırıq.Yerə yıxıldın qismətimdi,göyə baxdın qismətimdi,sevdin sevilmədin o da olur qismət,bir düşünən beyin axtarıram deyə ki,bəs hər şey qismətdirsə,onda biz nəyə görə yaşayırıq? Allah bizi qismətin boyunduruğu altında məzələnmək üçünmü göndərib bu dünyaya? Bilirəm bir ağıllı çıxıb indi deyəcək dünyaya gəlməyimiz də qismətimizdir.Bir sual verim bəs o biri tərəfdə əgər Cəhənnəm varsa orada düşmək qismətimiz olur? Belə çıxır Allah bizi yaradıb ki qismətimizi yaşayıb Cəhənnəmə  salsın və adı da ədalətli Allah olsun? İndi düşünmədən biri deyəcək ki,bu Əbülfəz yenə dinsizdi danışır.Vallah da billah da bu düşüncə ki var,kafirlərə məxsus bir şeydi.Ədalət? Ədalət odur belə sözlər deyəni döyəsən qoymayasan düşünsün.Bəli,indi məni də tutub döyəcəklər.  

P.s Mən bunların hamısını zarafatla deyirəm,ciddi deyil,niyə döyürsüz? Məgər döymək ədalətdəndir? Xeyr! Ən əsası ədalət-vicdandır.Bəli ədalətli olmaq üçün heç bir  şübhəsiz vicdanlı olmalısan.Ədaltli olmaq üçün vicdan lazımdır.Vicdan? Ədalət deyə-deyə yalan danışanların vicdanı? Deyirəm mənə də belə bir vicdan versəydi Allah,bax onda mən də " ədalət"in nə olduğunu başa düşərdim.

Vicdan-Allahdır,ədalətdir,yaşadığın ömrün mənasıdır. Bəs nə qədər

vicdanlıylıyıq? Bu həyatda bu məfhum nəyə lazımdır?

Bəli,ədalətli olmaq üçün həqiqəti söyləmək lazımdır.Həqiqəti?

Həqiqəti necə deyim axı? Vicdan və ədalətin dünyamızdakı

rolunun nə olduğunu necə qeyd edə bilərəm? Yenə

yalan,yenə yalan deməliyəm mən? Yox axı yalan deməyə

vicdanım yol verməz.Deməli Tanrım yol vermir.

Ədalət? Ədalət nədir? Ədalət nədir ay qardaş? Heç nə.Vallahi

billahi cavab tapmıram.Siz də tapmayacaqsız.Olmayan bir

şey haqda nə demək olar axı?

Mənim bildiyim tək şey var: Ədalət haqqdır,haqq

doğruçuluqdur,doğru danışmaq vicdandır,vicdan

Allahdır.Deməli ədalət nədir?..

Əbülfəz Kərimov

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı