2014-12-29 14:07

Yeməklərə sarıkök qatmaq faydalıdır!

LiderXeber.az informasiya agentliyinin verdiyi məlumata görə, tərkibindəki maddələrlə mühüm bir xərçəng döyüşçüsü olduğu sübut olunan sarıkök alzheimerdan diabetə qədər bir çox xəstəliyə qarşı da faydalıdır. Gündə 3 çay qaşığı sarıkökü yeməklərinizə qata və ya çay olaraq istehlak edə bilərsiniz. Ancaq həddini aşmamaq şərtilə. Uzun müddətli və çox istifadə mədənin sümük toxumasının dağılmasına səbəb ola bilər. Hamilələr və körpəsini döşlə əmizdirən analar isə həkimlə məsləhətləşmədən bu ədviyyatdan istifadə etməməlidirlər. Kiçik öd daşları, qara ciyər iltihabı, mədə və on iki barmaq bağırsağında xora, mədəsində qastriti olanlar da sarıkökdən istifadə etməməlidirlər. Qan durulaşdırıcı dərmanlarla birlikdə də qəbul olunmamalıdır.

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı