2014-12-29 09:00

Layihəmiz davam edir: LiderXəbər bu dəfə İmişlidə - ÖZƏL

Respublikamızın hər yerində olduğu kimi, İmişli rayonunda da bu il 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına ciddi hazırlıq işləri gedir.

LiderXeber.az informasiya agentliyinin Prezident Aparatının razılığı əsasında bölgələr üzrə start götürdüyü layihə davam edir. Çəkiliş qrupumuz bu dəfə İmişli rayonunda olub. Belə ki, rayonun bir sıra küçələrində yolkalar quraşdırılmışdır. Bütün park və küçələrdə yolkaların, Şaxta baba və Qar qızın olması, eləcə də əhalinin xoş əhval-ruhiyyəsi onu göstərir ki, rayonda Yeni il səbirsizliklə gözlənilir.

Yeni ili daha maraqlı qarşılamaq və bu günlərdə sakinlərin rahat istirahətini təmin etmək məqsədilə İmişli Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı da hazırlanaraq həyata keçirilir.

Sakinlər yeni il ərəfəsində şəhərin bu cür gözəl bəzədilməsindən məmnun qaldıqlarını bildiriblər.

Eyni zamanda, rayonun bir sıra yollarında təmir-abadlıq işləri aparılır. İmişli rayonunda Heydər Əliyev Mərkəzi, Səhiyyə şöbəsi, Təhsil şöbəsi, Mədəniyyət şöbəsi, Gənclər və İdman İdarəsi, Tarix-Diyarşünaslıq muzeyi və s. fəaliyyət göstərir. Bütün bunlara baxmayaraq, yalnız İmişli Tarix-Diyarşünaslıq muzeyinin direktoru Adil Kərimovdan açıqlama ala bildik.

Həmin açıqlamanı www.liderxeber.az informasiya agentliyi olaraq sizlərə təqdim edirik:

 

Səbuhi Vaqifoğlu

Bəxtiyar Əhmədov

LiderXeber.az



SON XƏBƏRLƏR


Yuxarı