2014-12-06 08:47

Bu il Kərbəla 17 milyon ziyarətçi qəbul edəcək

LiderXeber.az informasiya agentliyinin islamazeri.az-a istinadən verdiyi məlumata görə, Kərbəla Əyalətinin Turizm Komitəsinin rəhbəri Casim əl-Maliki bu ilki Ərbəin mərasiminə 17 milyon ziyarətçinin gələcəyinin gözlənildiyini bildirib. Casim əl-Maliki ziyarətçilərin rahatlığı üçün tədbirlərin davam etdiyini söyləyib.

"Al Ahd" saytının verdiyi məlumatda 15 milyon ziyarətçinin İraqın müxtəlif bölgələrindən, 2 milyonun isə xarici ölkələrdən gələcəyi qeyd olunub.

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı