2014-12-02 08:34

Prezident İlham Əliyev İŞİD-dən danışdı - VİDEO

Prezident İlham Əliyev Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin “Rossiya-24” informasiya telekanalına müsahibə verib.

LiderXeber.az informasiya agentliyinin məlumatına görə, dövlət başçısı müsahibədə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri, Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda multikulturalizm ənənələri, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri və digər məsələlərlə bağlı sualları ətraflı cavablandırıb.

Bundan başqa, prezident İlham Əliyev jurnalistin İŞİD terror qruplaşması barəsində ona ünvanladığı sualı da cavablandırıb: "Bu il İŞİD qruplaşması ortaya çıxdı. Bu, son on ildə Yaxın Şərqdə baş verənlərin nəticəsidir. Bu sübut edir ki, radikal qrupulara dəstək məsələsində ehtiyatlı olmaq lazımdır. Pis və yaxşı terrorçu yoxdur”.

Səbuhi Vaqifoğlu

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı