2014-12-02 14:06

Göyərti qutabının hazırlanması qaydası

LiderXeber.az informasiya agentliyi olaraq hər zaman xanımlarımızı diqqətdə saxlayırıq. Xanımlar, yaxın əyləşin! Bu dəfə sizlərə göyərti qutabının hazırlanma qaydasını təqdim ediəcəyik:

Lazım olan ərzaqlar:

İspanaq – 150 q.
Turşəng – 150 q.
Göy soğan – 50 q.
Keşniş və şüyüd – 15 q.
Buğda unu – 140 q.
Ərinmiş yağ – 20 q.
Kərə yağı – 20 q.
Lavaşana – 10 q.
Yumurta – 1/5 əd.
Qatıq – 50 q.
İstiot – 0,1 q,duz
Hazırlanma qaydası:

Göyərti yuyulur, iri doğranılır və yağda qızardılmış soğanla öz buğunda pörtülür, duz – istiot və lavaşana vurulub qarışdırılır. Una yumurta, su və duz qatılıb bərk xəmir yoğrulur. 1 – 0,5 mm qalınlığında yayılıb dairələr kəsilir. Hazır göyərti qiyməsi xəmir dairələrinin içərisinə qoyulur, aypara şəklində bükülüb hər iki üzü yağsız tavada bişirilir. Süfrəyə verdikdə üzərinə əridilmiş kərə yağı tökülür. Yanına qatıq qoyulur.
Gülnarə Savalanqızı

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı