2014-11-29 09:01

Günümüzün aktual problemi - yaddaş pozuntusundan necə qurtulmaq olar? - Video Reportaj

Sumqayıt şəhər Ruhi-əsəb xəstəlikləri dispanserinin baş həkimi Mayıl Tağıyev LiderXeber.az informasiya agentliyinə açıqlama verib.

Son zamanlar cəmiyyətdə yaddaşından şikayət edənlərin sayının durmadan artdığını görürük. Acınacaqlı hal isə bundan ibarətdir ki, bu hal əvvəllər yaşlı nəsillərdə baş verirdisə, indi bu xəstəlik həm orta nəsili, həm də azyaşlıları narahat edir. Yaddaş insana məxsus fundamental - bazis mahiyyətli psixi proseslərdən biridir. Digər psixi proseslər (əqli qabiliyyət, təfəkkür, düşüncə və s.) məhz yaddaşın əsasında yaranır. Qazanılmış bilik ehtiyatlarını və həyat təcrübəsini beyində saxlamaq, lazım gəldikdə isə ondan istifadə etmək qabiliyyətinə yaddaş deyilir. Amneziya - yaddaşın bu və ya başqa müddət ərzində tamamilə itməsidir. Bəs, görəsən, Amneziya xəstəliyi niyə cəmiyyətimizdə geniş yayılır? Bu xəstəlikdən necə qurtulmaq olar? Mövzu ilə bağlı Sumqayıt şəhər Ruhi-əsəb xəstəlikləri dispanserinin baş həkimi Mayıl Tağıyev LiderXeber.az informasiya agentliyinə açıqlama verib.

 

Səbuhi Vaqifoğlu

Abbas Əlioğlu

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı