2014-11-24 00:27

LiderXeber.com Qarabağ ruhu ilə yaşayan el sənətkarı, şair Ələddin Qəmbərlə bağlı Video Reportaj hazırlayıb

LiderXeber.com informasiya agentliyi olaraq şairin Füzuli rayonunun Qayıdış qəsəbəsində yaşadığı evdə olduq.

Azərbaycanın səfalı guşəsi, ayrılmaz tərkib hissəsi olan Qarabağ torpağı muğam beşiyi olduğu kimi, həmçinin yazıçılar, dramaturqlar, şairlər məskəni kimi dünyaya səs salmışdır. Bu gün sizə Qarabağ dərdini öz dərdi bilən, daima Qarabağ ruhu ilə yaşayan el sənətkarı, şair Ələddin Qəmbərdən söz açacağıq.

Ələddin Qəmbər 1960-cı ildə Füzuli rayonunun Aşağı Aybasanlı kəndində anadan olmuşdur.

Orta məktəbi Yuxarı Seyidəhmədli kəndində bitirmiş və həmin kənddə yaşamışdır.

Ə.Qəmbər Füzuli rayonunda nəşr olunan "Araz” qəzetində və respublikamızın müxtəlif mətbuat orqanlarında vaxtaşırı maraqlı və oxunaqlı şerləri ilə çıxış etmişdir. Bir müddət Seyid Şuşinski adına Füzuli şəhər musiqi məktəbində müəllim işləmişdir.

1997-ci ildə "Qarabağım dardadır” adlı şerlər kitabı çapdan çıxmışdır.

Şairin bir neçə ildir ki, nitqində qüsr yaranıb. LiderXeber.com informasiya agentliyi olaraq şairin Füzuli rayonunun Qayıdış qəsəbəsində yaşadığı evdə olduq.


SON XƏBƏRLƏR


Yuxarı