2014-11-21 11:43

Dirçəliş günü münasibəti ilə xeyriyyə tədbiri keçirilmişdir - FOTO

Bu ayın 16 - sı paytaxtımızın tanınmış restoranlarının birində 17 Noyabr Dirçəliş günü münasibəti ilə xeyriyyə tədbiri keçirilmişdir.

Xeyriyyə tədbiri əsasən valideyn himayəsindən məhrum olmuş və autizm sindromundan əziyyət çəkən uşaqlara həsr edilmişdir. Tədbir "Yeni Azərbaycan Yaradıcılıq və Araşdırma" Mərkəzinin təşkilati dəstəyi Səadət Arifqızı və Təşkilatçı Prodüsser Kamran Nurun təçkilataçılığı ilə baş tutmuşdur. Səadət Arifqızı aparıcılığı ilə ilk olaraq Azərbaycan dövlət himnin səsləndirilib. Xeyriyyə tədbirində çox hörmətli insanlar QHT rəhbərləri və şou biznesdə öz sözün kifayət qədər demiş şəxslər iştrak etmişlər. Bunlardan əməkdar artist Səlim Abbasov, tanınmış Bədiəçi Namiq Məna, Dana Durdana öz lirik bəstələri ilə sevilən bəstəkar və müğənni Arif Səlimov, reper Əşrəf Dərya, Karvan qrupu və sarə qonaqlar iştrak etmişlər. Bundan əlavə tədbirdə prezident adminstrasiyasından nümayəndə, ''Demokratik Cəmiyyət Və Qadın Hüquqlarının Müdafiəsi'' Ictimai Birliyi - nin rəhəbri və bir sıra çox hörmətli qonaqlar iştrak etmişlər. Tədbirin ən maraqlı və gözlənilməyən hissəsi isə "Yeni Azərbaycan Yaradıcılıq və Araşdırma" Mərkəzinin apardığı sorğulara əsasən tədbir iştrakçılarının qazandıqları uğurlara əsasən nominasiyalar üzrə fəxri fərmanlarla təltif etməsi olub. Bunlara misal olaraq Səlim Abbasov "İlin Virtuozu", Arif Səlimov "İlin Ən Sevilən Bəstəsi" "O Mənəm", "İlin Sevilən Rep İfaçısı" Əşrəf Dərya", İlin Vətənpərvər Mahnısı" "Bayraq" mahnısına görə müğənni Kamran Dəniz,"İlin Peşəkar Modelyeri" Şəlalə Maqsudova, "İlin Fəal QHT Rəhbəri" Kəmalə Ağazadə, "İlin Vətənpərvər Bəstəkarı" Aybəniz Bəhrəmqızı, daima etdiyi xeyirxah layihələrə görə "İlin Xeyiryyəçi Xanımı" nominasiyası üzrə şairə İradə Əlili, "İlin Xeyriyyəçi İctimai Birliyi" - "Autizm" - Defektoloji və Psixoloji Yardım Mərkəzi" İctimai Birliyinin rəhbəri Çiçək Məmmədli, "İlin Nəğməkar Şairəsi" Ülkər Nazimqızı,"İlin Xeyriyyəçi Dizayn Şirkəti" nominasiyası üzrə Ülkər Nazimqızı və bu tədbirdə böyük əziyyəti olan həmçinin daima bu cür xeyriyyələrin təşkilində iştrak edən Təşkilatçı Prodüsser Kamran Nur "İlin Ən Çalışqan Təşkilatçı Prodüsseri" nominasiyası üzrə təltif olunmuşdur. Tədbir təşkilatçıları tədbiri işıqlandırmağa gələn medya əhlini də unutmamışdır. Belə ki, LiderXeber.com  informasiya agentliyindən Gülnarə Quliyeva, Ans telekanalından Arzu Məmmədov, "Şoubiznes" saytından Zaur Məmmədova "İlin Ən Reytinqli Saytı", "PostNews" saytının təsisçisi və direktoru Fuad Mədətov "İlin Peşəkar Jurnalisti", "İlin Ən Reytinqli Saytı", "PostNews" saytının təsisçisi və direktoru Fuad Mədətov "İlin Peşəkar Jurnalisti", "İlin Reytinqli Saytı" "XalqXəbər","İlin Ən Sevilən Onlayn Televiziyası" "Kanal13" Əziz Orucov Kanalın icraçı direktoru,"İlin Ən Çalışqan Telejurnalisti" Rüfət Fərəcov,"İlin Peşəkar  Jurnalisti" Əli  Rəhmanov, "İlin Ən Çalışqan Onlayn Televiziyası" "Bakunews" İlham Rəsulzadə, "İlin Sevilən Yazıçı-Jurnalisti" Yeganə Bağırova,"İlin Peşəkar Jurnalisti" Ramilə Eminli və s. medya nümayəndələri fəxri fərmanlarla təltif olundular.

    

Kamran Nur

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı