2014-11-20 16:02

Çiyələkli-Qaymaq Kremli Tortun hazırlanması qaydası

Tortu hazırlamaq üçün lazım olanlar:

1ədəd klassik süngər biskviti
Vanilli tort şərbəti (resept aşağıda verilib)
Qaymaqlı krem (resept aşağıda verilib)
Təxminən 1 stəkan halqalara bölünmüş çiyələk
Süngər biskviti keçiddə izah olunduğu kimi bişirin. Kənara soyuması üçün qoyun və şərbətlə kremi aşağıda göstərilən qaydada hazırlayın.

Vanilli Tort Şərbəti

üçdə bir stəkan şəkər tozu, üçdə bir stəkan su, yarım limonun suyu (təxminən 3 xörək qaşığı), 1 çay qaşığı vanil ekstraktı (duru vanil)

Balaca qazanda şəkər tozu və suyu qaynadın. Şəkər əriyəndə, qazanı kənara çəkib içinə limon suyu və vanil ekstraktını əlavə edin. Qoyun kənarda soyusun.

Qaymaqlı Krem

1 stəkan yarım soyuq qaymaq, 3 xörək qaşığı şəkər kirşanı (pudrası)
yarım çay qaşığı vanil ekstraktı (duru vanil - zəruri deyil)
İri qabda qaymaq, şəkər kirşanı və vanilimikserlə kütlə bir az bərkiyənədək çırpın.

Tortun Yığılması:

Soyumuş biskviti iti bıçaqla ikiyə bölün. Bir yarısını kəsilmiş tərəfi üstdə olmaq şərtiylə yastı yerə qoyun.
Fırçayla şərbətin yarısını bu biskvitin üstünə çəkin. Kremin yarısından bir az azını üstünə yayın. Bunun üstünə çiyələkləri lay şəklindədüzün (çiyələkdən bir neçəsini bəzək üçün saxlayın).

Biskvitin digər yarısını kəsilmiş tərəfi yuxarıda olmaq şərtiylə çiyələklərin üstünə yerləşdirin. Qalan şərbəti fırçayla üstünə çəkin. Qalan kremi bu biskvitin üstünə və tortun kənarlarına çəkin. Tortu çiyələklə bəzəyin. Hazır tortu dərhal soyuducuya qoyun və sərin olaraq süfrəyə verin.


Gülnarə Savalanqızı

LiderXeber.com


SON XƏBƏRLƏR


Yuxarı