2014-11-11 07:30

"Çirkinlik" təqdim edildi

Noyabrın 9-da "Əli və Nino" kitab evində şair, tərcüməçi Raqif Raufoğlunun "Çirkinlik" adlı yeni kitabı təqdim olundu.

LiderXeber.com informasiya agentliyinin verdiyi məlumata görə, 170 səhifəlik kitabda müəllifin 100 seçmə şeiri və "Çirkinlik" adlı yazısı yer alıb. Eyni zamanda, müəllifin bəzi populyar şeirlərinin yaranma səbəbləri, tarixçələri də qeyd olunub.

Əliyev Raqif Rauf oğlu 1984-cü ildə Bakıda anadan olub. İxtisasca iqtisadçıdır. 2000-ci ildən başlayaraq dövri mətbuatda yazılar, şeirlər və tərcümələrlə çıxış edib. "Çirkinlik" onun müəllifi və həmmüəllifi olduğu 5-ci kitabdır. İlk şeirlər kitabı 2003-cü ildə çap olunub. 2008-ci ildə B. Obamanın "Atamın aruları" kitabını azərbaycancaya tərcümə edib. 2001-ci ildə Raqif Raufoğlunun da daxil olduğu 3 müəllifin birgə kitabı - "Ölü yazarlar dərnəyi" çap olunub. 2014-cü ilin aprel ayında isə "Qadağan olunmuş kitab" romanı çap olunub. 2009-cu ildən 106.3 FMdə çalışır. Hazırda "Bumeranq" səhər şousu və "106.3-ün dairəsi" verilişinin aparıcısıdır.

Səbuhi Vaqifoğlu

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı