2014-11-04 11:48

Okeanda Səhra

Mətləbə keçməzdən əvvəl bizim bəzi mollalarımızın haqqında

bir- iki kəlmə danışmaq istəyirəm. Bizim bəzi mollalar var ki,

həqiqətən çox mənfəətli insanlardı. Söhbət müsəlman

mollalardan gedir. İndi soruşacaqsız ki,məgər axundun qeyri-

müsəlmanımı olur? Buna cavab verim. Deməli bəzi kənd və

qəsəbələr var ki,onlarda elmə və müasirliyə çağıran mollaları

qeyri-müsəlman mollalar adlandırırlar. Bəli,bizim bu

axundlar Allahın möcüzələrini o qədər səlis və dəqiq

söyləyərlər ki,adamda şək-şübhə qoymazlar.

Nə isə keçək mətləbə. Bir gün məscidə gedib digər şiələr kimi

moizəyə qulaq asırdım. Bizim axund başladı Allahı həmd-

sənadan sonra yenə Allahın insanda şübhə yeri qoymaz

möcüzələrinə. Başladı ki,Allah dünyanı bir dəqiqəyə

yaradıb Adəmi əliylə yaradıb ona seht əta elədi,sonra dünyaya

bir sehrkar gətirdi,o əliylə hər şeyi dəyişdi,İmam Əliyə çatıb

dedi ki,bir yaşında olarkən barmağıyla əjdahanı öldürdü və

sair ki,bunların heç birinə inanmamaq çətin məsələdi. Nəysə

bir-iki möcüzə də dedi,gəldi mənim sizlərə demək istədiyim

mövzunun üstünə. Əvvəl Allahın okean yaratma qüdrətindən

danışdı ki,mən də maraqla qulaq asırdım. Və birdən molla

dedi:

- Allahın elə möcüzələri var ki,onlar ağlabatan deyillər və bu

möcüzələrdən biri də odur ki,Allah-Təala okeanın içində bir

səhra yaradıb ki,ondan cəhənnəmin istiliyi gələ.

Elə ki,bunu dedi,Allahın xofu düşdü hamının canına. Bunu

eşidəndə əvvəl bir-iki dəqiqə mat-mat baxdım mollaya,daha

dözməyib bərkdən güldüm.

Məlum məsələdir ki,okean hər tərəfi su ilə dolu yerə

deyirlər,səhra isə əksinə,hər tərəfi quru torpaq olan yerə. Və

Allah ki,bir hər tərəfi su olan okeanda səhra yarada,ağlabatan

bir məsələdir.

Nəysə,başımı ki qaldırdım, gördüm məndən başqa hamı

ağlayır. Dedim yəqin həqiqətən belə şey var ki,bunlar ağlayır.

Mən də başladım açığı,bu camaatın belə axmaq sözə

inandığına ağlamağa. Zırhazır bütün məscid ağladıq. Oradan

çıxıb ha kimdən soruşdum,dedi boş-boş danışma okeanda

səhramı olar?

Deyirəm,o gündən məscidə getməyi tərk etdim,amma hələ də

yadıma salanda əvvəl mollanın mübarək sözlərinə

gülürəm,sonra o camaatı gözümün qarşısına gətirəndə

ağlayıram.

Əstəğfirullah ay millət,Allah hər şeyə qadirdir. Molla ki, deyir

okeanda səhra var,deməli var. Allah günahlarımızı bağışlasın.

Əbülfəz Kərimov

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı