2014-11-03 15:22

Aşuranın simvolları - Ələm ağacı, qara bağlamaq, Qasim otağı və s-nin mahiyyəti nədir? - MÜSAHİBƏ

Bildiyimiz kimi, hal-hazırda Məhərrəm ayı ərəfəsindəyik. Azərbaycan xalqı ta qədimdən bu ayda matəm saxlayırlar, İmam Hüseyin (ə), Kərbəla şəhidlərinə əzadarlıq edirlər. Hətta Aşura gününü də təntənəli şəkildə qeyd edirlər. Bəs görək, xalqımız Məhərrəmin simvolları – Ələm ağacı, qara bağlamaq, Qasim otağı və s bu kimi adət-ənənə şəkilində keçirdiyi mərasimlərin mahiyyətini bilirmi?

Mövzu ilə bağlı ilahiyyatçı-alim Hacı Sahib Məmmədov LiderXeber.com informasiya agentliyinə müsahibə verib.

Həmin müsahibəni sizlərə təqdim edirik:

Ələm ağacının mahiyyəti nədir?

Ələm ümumiyyətlə bayraq deməkdir. Kərbəladə isə İmam Hüseyin (ə) bayrağı qardaşı Həzrəti.Əbəlfəz ağaya tapşırmışdı. Əbəlfəzl Abbas Kərbəladə bayraqdar olduğu üçün ona həm də "Ələmdar” deyirlər. Əbəlfəzin Kərbəla hadisəsində bayraq tutduğu qollarını kəsiblər. Məhz bu gün Aşura gününün simvollarından biri sayılan ələm rəmzi məna daşıyır. Bir sözlə, ələm həm Həzrəti Əbəlfəz ağanın əlində tutduğu bayrağı yad edir, həm də qolları ki, kəsilib onun simvoludur.

Qara parçaların paylanması, bağlanması düzgündürmü?

Qara ümumiyyətlə matəm simvoludur. Qara geymək, qara bağlamaq əzanın rəmzidir. Xüsusilə İmam Hüseyin (ə) əzasında qara geyməyi müctehidlər müstəhəb (savab) bilir. O ki, qaldı kimsə bunu başına, yaxud qoluna bağlamaqla əzanı bildirirsə, bunun problemi yoxdur.

Həm də Xanım Zeynəb (s.ə) Kərbəla hadisəsindən sonra Yeziddən istədi ki, icazə versin məclis keçirməyə, əzadarlıq etməyə. Ondan sonra məclisdə hər yerə qara parça vurulur, qadınlar bir tərəfdə, kişilərsə bir tərəfdə.

Amma bəzi hallarda insanlar bundan xurafi mənada da istifadə edirlər. Məs: Qara bağlayıb niyyət tuturlar və s. ki, dinimizdə belə bir şey yoxdur.

Qasim otağı nədir?

Bu da rəmzi məna daşıyır. Real həyatda belə bir şey olmayıb. Sadəcə ola bilsin ki, İmam Həsən ağanın İmam Hüseyin (ə) vəsiyyəti olub ki, qızlarından birini oğlu Qasimə kəbin etməyə. Ağa Kərbəlayə gələn yolda bir kəbin oxuyub. Buna zəbani-hal deyirlər. Yəni, bu müsibət olmasaydı, qardaşının vəsiyyətini yerinə yetirmək məqsədilə İmam Hüseyin ağa oğlu Qasimə toy məclisi təşkil edərdi, bəy otağı qurardı. Amma təəssüf ki, bu yarımçıq qaldı, icra olunmadı. Məhz bu cəhətdən indi əzadarlar "Qasim otağı” və s. bu kimi səhnələr qurur. Bir daha qeyd edirəm, bu real həyatda olan bir şey deyil, sadəcə İmam Hüseyin ağanın təsəvvüründə, xəyalında olanlardı ki, əzadarlar onu nümayiş etdirirlər.

Səbuhi Vaqifoğlu

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı