2014-11-03 12:49

"Dieta saxlayan gənc qızlara demək istəyirəm ki..." - Qənirə Paşayeva

Millət vəkili Qənirə Paşayeva dieta ilə xeyli çəki atması barədə danışıb.

LiderXeber.com informasiya agentliyinin məlumatına görə, kulis.az saytına müsahibə verən millət vəkili gənc qızlara tövsiyə də verib:

"Sadəcə həyatımı dəyişdim. Uşaqlıqdan gəncliyimə qədər çox arıq idim və idmanla məşğul olurdum. Böyük tennis və həndbolla məşğul idim. Həyatımın bir dövründə idmanla məşğul ola bilmədim və çəkim artdı. Səhərlər işə tələsdiyimdən yemək yemirdim, günorta yemirdim, axşamlar çox ac olurdum və xeyli yemək yeyirdim. Bu rejim məni kökəltdi. Film çəkilişləri ilə bağlı Amerikada bir müddət qalanda "fast food”la qidalandım. Çəkim getdikcə artdı və mən yeməkdən imtina etmək istədim. Bu mənə çox mənfi təsir elədi. Yemək yemədən dieta saxlayan gənc qızlara demək istəyirəm ki, bu fikirdən uzaq olsunlar. Dietanın ən yaxşı yolu idman və düzgün qidalanmadır. Mən dieta saxlayan zaman axşam yeməyindən ağır yeməkləri çıxartdım və öz çəkimi normal hala saldım".

 

            Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı