2014-10-29 14:33

Kərbəladır Kərbəla !

Yaxşı dinlə sözlərimi ey yağı,
Heç çıxarmı yaddan Hüseynin dağı,
Aşiqlərin cənnəti, güllü bağı,
Nə Nəimdir, nə Firdovsi, nə Ə,la
Ürəyimiz Kərbəladır Kərbəla !
KƏRBƏLADIR, KƏRBƏLADIR, KƏRBƏLA !

Hüseyn bizim şüarımız, sözümüz,
Əbəlfəzdir, bizim görən gözümüz,
Kərbəla yolunda qalıb üzümüz,
Bu yoldan ölərik dönmərik dala,
Dirəyimiz, KƏRBƏLADIR, KƏRBƏLA
KƏRBƏLADIR, KƏRBƏLADIR, KƏRBƏLA !

Fərat üstə Əbəlfəzli anarıq,
Göz yaşıyla xəyallara dalarıq,
Hüseyn, sənin atəşində yanarıq,
Aşiq üçün fərq eyləməz dərd bəla,
Diləyimiz KƏRBƏLADIR, KƏRBƏLA
KƏRBƏLADIR, KƏRBƏLADIR, KƏRBƏLA !

On üç yaşlı Qasımı yad eylərik,
Peyğəmbərin ruhunu şad eylərik,
Körpə Əli Əsğəri ad eylərik,
Beşikdən döyüşə atılan bala,
Köməyimiz, KƏRBƏLADIR, KƏRBƏLA
KƏRBƏLADIR, KƏRBƏLADIR, KƏRBƏLA !

Kərbəlada həsrətimiz, qəmimiz,
Kərbəlada nuhi nicat gəmimiz,
Kərbəlada Hüseyn, Əbəlfəzimiz,
Hüseyn aşiqləri bir haray sala,
Biləyimiz KƏRBƏLADIR, KƏRBƏLA
KƏRBƏLADIR, KƏRBƏLADIR, KƏRBƏLA !

Hüseyn bizim şövkətimiz, şanımız,
Hüseyn bizim dövlətimiz, varımız,
Hüseyn bizim cannan betər canımız
Azançıyam ürək dözmür bu hala
Kürəyimiz, KƏRBƏLADIR, KƏRBƏLA
KƏRBƏLADIR, KƏRBƏLA, KƏRBƏLA !
.
Müəllif: Hacı Fərman Azançı 
SON XƏBƏRLƏR


Yuxarı