2014-10-30 09:00

Məhəmməd Füzulinin "Ya Əli" qəzəli

Əzbər olmuşdur dilimdə şanlı namın, ya Əli!
Mən kiməm, aləmdə bir kəmtər qulamın, ya Əli!
.
Şükr ola Allahə kim sayə salıbdır başimə,
Dövləti-iqbal ilə lütfi-müdamın, ya Əli!
.
Müshəfi-həqdə olan hər hikmətin mənasıdır,
Hikmətin kani olan hər bir kəlamın, ya Əli!
.
Kim nəcat istər Qiyamətdə, gərəkdir saxlaya,
Taəti-həqq tək həmişə ehtiramın, ya Əli!
.
Cümlə insanlar, mələklər Kəbə tək məbəd sanar,
Hər yerin kim orda olmuşdur məqamın, ya Əli!
.
Hər kəs istərsə, cahanda çərxidən alsın murad,
Kama çatmaz olmasa, lütfi-tamamın, ya Əli!
.
Lütfi-süfrəndən sənin hər ləhzədə min feyz alır,
Bu Füzuli vird edər həmdi-salamın, ya Əli

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı