2014-10-20 10:14

Tarixdə bu gün - Bu günün tarixi

1141 - Dahi Azərbaycan şairi, böyük mütəfəkkir Nizami Gəncəvi (İlyas Yusif oğlu Nizami, 1141-1209) Gəncədə anadan olmuşdur. Nizaminin "Xəmsə"si ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə" poemaları) dünya ədəbiyyatı xəzinəsində ən möhtəşəm yerlərdən birini tutur.

1891 - fizik Ceyms Çedvik anadan olub.

1911 - Amundsenin ekspedisiyası Şimal qütbünə yola düşdü.

1913 - şair Əhməd Cəmil anadan olub.

1919 - başqırd şairi Mustay Kərim anadan olub.

1921 - Fransız qoşunu Anadoludan çəkildi. Fransa və Türkiyə arasında Ankara sazişi imzalandı.

1922 - Azərbaycanın xalq artisti Şövkət Ələkbərova anadan olub.

1923 - Azərbaycan SSR rəsmi olaraq Latın qrafikalı əlifbaya keçdi.

1940 - İctimai-siyasi xadim Həsən Həsənov Tbilisi şəhərində anadan olub. 1981-1990-cı illərdə Azərbaycan KPMK-nın katibi işləyib. Respublikanın baş naziri (1990-1992), Azərbaycanın BMT-də ilk daimi nümayəndəsi (1992-1993), xarici işlər naziri (1993-1998) olub. 2004-cü ildə Azərbaycanın Macarıstanda səfiri təyin edilib.

1945 - Fransada qadınlar seçki hüququ əldə etdi.

1956 - azərbaycanlı iş adamı Telman İsmayılov anadan olub.

1960 - aktyor Əzizağa Əzizov anadan olub.

1960 - müğənni Danni Minouq anadan olub.

1980 - Yunanıstan yenidən NATO-ya daxil oldu.

1981 - Mingəçevirdə Azərbaycan iqtisadiyyatının ən böyük müəssisələrindən biri, ölkə energetikasının flaqmanı "Azərbaycan" İES istifadəyə verilib. İnşası 1974-cü ildə başlanan elektrik
stansiyası Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün ən möhtəşəm tikintisidir. Qafqazda ən böyük istilik elektrik stansiyasıdır, Azərbaycanın enerji tələbatının təxminən yarısını (2400 Mvt) təmin edir. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2004-cü ildən 20 oktyabr Azərbaycanda energetiklərin peşə bayramı günü kimi qeyd olunur.

1982 - Türkiyədə prezident Kənan Evrenin konstitusiya ilə bağlı çıxışlarını tənqid etmək qadağan edildi.

1997 - "Microsoft” şirkəti antiinhisar qanununu pozduğu üçün cərimələndi.

2008 – Türkiyədə "Ergenekon” məsələsi çərçivəsində ilk məhkəmə prosesi keçirildi.

2005 - Əli İnsanov səhiyyə naziri vəzifəsindən azad edildi, onu bu vəzifədə Oqtay Şirəliyev əvəz etdi.
Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı