2014-10-16 16:36

Zəfəran çayının faydası

Bildiyiniz kimi, bir çox bitki çaylarının həddən çox faydaları var. Belə çaylardan biri də zəfəran çayıdır. Zəfəran çayını bütün marketlərdən əldə etmək olar. Bəs zəfəran nədir və hansı faydaları var?

Zəfəran çayının faydalarını yazmaqla bitməz. Zəfəran çayının xəstəliklərlə yanaşı, arıqlamaqda da rolu böyükdür. Başqa arıqlamaq üçün olan vasitələrdən seçilən zəfəran çayı bədəndə yığılmış artıq yağları əridir. 19 fərqli bitkinin qarışığından əmələ gələn zəfəran çayına heç bir əlavə dadlandırıcı və şəkərli maddə əlavə edilməmişdir.

Yüksək dərəcədə yağ əridən zəfəran çayı yavaş-yavaş, mədəyə və bağırsağa ziyan vurmadan öz işini görür. Davamlı zəfəran çayı içən hər bir şəxs artıq çəkisindən azad ola bilər. Zəfəran çayını içə-içə yemək də olar. Zəfəran çayı ilə arıqlayan hər bir şəxs təzədən kökəlsə belə, əriyən həmin yağları yenidən yığması mümkün deyil. Başqa vasitələr (dərmanlar və yaxud da arıqlamaq üçün olan hər hansı çaylar) yağları əritməkdən çox, iştahsızlıq yaradır. Bu isə orqanizmə böyük ziyan vurur. Mədə-bağırsaq sistemi pozulur, baş ağrıları, ürəkbulanması olur və s. Zəfərən çayı isə əksinə, orqanizmə ziyan vurmadan sağlam həyat bəxş edir. Zəfəran çayı mədə-bağırsaq sistemini işlədir, bəzi orqanların funksiyalarını da artırır.

Zəfəran çayı 2 ay qəbul edilməlidir ki, faydasını görəsiniz. İlk 15 gündə həzm sisteminizdə dəyişiklik olduğunu görəcəksiniz. 1 ay tamam olduqda isə mütləq çəkinizə fikir verin. 1 ay müddətində yağları əritdiyi üçün 2-ci ay gözlərinizə inanmayacaqsınız, çəkiniz ən azı 15 kilo azalmış olacaq.

Zəfəran çayının tərkibi:

Yasəmən, razyana, qarğıdalı saçağı, gicitkən yarpağı, yaşıl çay, nanə, nar çiçəyi, itburnu, çobanyastığı və s. faydalı bitkilər daxildir.

Hazırlanması:

Zəfəran çayını hazırlamaq istəsəniz, paket halında alın. Gündə 3 dəfə ac və yaxud da tox qarına qəbul etmək lazımdır.

Əgər toz halında olanından qəbul etmək istəyirsinizsə, o zaman gündə 3 dəfə 1 çay qaşığı tozu yarım stəkan suya qatıb, 10 dəqiqə dəmlədikdən sonra içə bilərsiniz. Unutmayaq ki, hər iki çayı nə ilə istəsək içə bilərik.

Hamınıza sağlam həyat arzu edirik!

Gülnarə Savalanqızı

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı