2014-10-10 01:22

Sumqayıtda “Karvan” ticarət mərkəzində baş vermiş yanğından geniş Video Reportaj

Hadisə nəticəsində 5 nəfər xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.

LiderXeber.com informasiya agentliyinin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Sumqayıtda "Karvan” ticarət mərkəzində təxminən 20:30 radələrində yanğın hadisəsi baş verib. Yanğın 1, 2, 3-cü mərtəbələri əhatə edib və ticarət mərkəzinin 350 kvadrat metr ərazisi yanıb. Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt hissəsinin 7 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Etibar Mirzəyev gəlib. Yanğın söndürülüb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib. Xəsarət alanlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dünyasını dəyişənin kimliyi də məlum olub. O, təxminən 50 yaşında kişidir. İlkin məlumata görə, adı İlqardır (soyadı dəqiqləşdirilir) və Şirvan şəhər sakinidir. "Karvan" ticarət mərkəzində fəhlə işləyirmiş.

E. Mirzəyevin sözlərinə görə, hadisə ilə bağlı araşdırma aparılır və yaxın vaxtda açıqlama veriləcək.

Qeyd edək ki, bir neçə ay bundan əvvəl də Sumqayıtda "Karvan” ticarət mərkəzində yanğın baş vermişdi. 

Hadisə nəticəsində sahibkarlara külli miqdarda ziyan dəymişdi.

Yanğından geniş Video Reportajı sizlərə təqdim edirik:



Səbuhi Vaqifoğlu

Ehtiram Ucayev

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı