2014-10-02 17:23

Tanınmış aparıcı Mətanət: “Elgizlə Zauru tərəziyə qoysan...”

LiderXeber.com informasiya agentliyi ailem.az-a istinadən xəbər verir ki, "O...” layihəsinin növbəti müsahibi ATV kanalının "Gündəlik” verilişinin tanınmış aparıcısı Mətanət Əliverdiyevadır.

- Evlilik, yoxsa subaylıq?

- Evlilik.

- Ailə, yoxsa karyera?

- Məndə hər ikisi eyni xətt üzrə gedir və hər ikisi bir-birinin möhkəmlənməsinə kömək edir. Düşünmürəm ki, hansısa digərinə mane olur.

- Oğlan, yoxsa qız uşağı?

- Oğlan.

- Çay, yoxsa kofe?

- Kofe.

- Pizza, yoxsa qutab?

- Qutab.

- TV, yoxsa radio?

- Radio.

- Məşhur olmaq, yoxsa olmamaq?

- Kim sevmir ki məşhurluğu?!

- Hansında rahatdır Mətanət: xəbər aparıcısı, yoxsa şou aparıcısı kimi?

- Hər ikisində...Xəbər şouya kömək edir. Informasiya baxımından və dünyada baş verən hər bir şeydən xəbərim var.

- ANS ÇM, yoxsa 106.3?

- ANS ÇM-i seçsəydim, elə orada qalardım da .... Əlbəttə, 106.0 və 106.3. Harada inkişaf var, deməli, yalnız o istiqamətə doğru...

- Elgiz, yoxsa Zaur Baxşəliyev?

- Hər ikisi hörmət etdiyim aparıcılardır. Tərəziyə qoysan, Elgiz Zaurdan çəki baxımdan ağır gələcək, amma peşəkarlıq tərəfdən Zaur çox üstündür.

- Serial, kino, yoxsa kitab?

- Mənim həyatım elə özü başdan ayağa çox serialı kinodur. Yaxşı bir yazıçı istəyirəm ki, kitab yazsın.

- Hansılarla daha yaxşı dost olursunuz: qadın, yoxsa kişi?

- Qadınlar təhlükəlidir ... çox, lap çox....

- Qadın üçün ən çox hansı önəmlidir? Gözəllik, seksuallıq, intellekt?

- Gözəllik və intellekt - seksuallılığını isə nümayiş etdirməsə də, olar. Qadın sirli olmalıdır.

- Kişilərdə ən çox sevmədiyiniz 3 xüsusiyyət hansıdır?

- Hər şeyə müdaxilə etmək, eyni sözü daima təkrar etmək (bu çox bezdiricidir, özünü gözdən salır) və nəhayət qadını olduğu kimi hiss etməmək.

- Sevgilinizi xəyanət edərkən tutsanız: ayrılarsınız, qızı döyərsiniz, yoxsa sevgilinizi bir söz deyib məhv edərsiniz?

- Heç nə, sadəcə gözlərinin içinə baxaram, baxaram, baxaram, o vaxta qədər ki, başını qaldırıb o da baxsın, nə bilim, baxa biləcək, ya yox?!

- Xoşbəxt olmaq üçün nə lazımdır?

- Həyatı sevmək.

- Sizi ən çox hansı sual bezdirir?

- Heç biri, lap təkrar da olsa, məmnuniyyətlə cavab verirəm.

- Dönüb geriyə baxanda nəyi etdiyinizə görə peşmanlıq çəkirsiniz?

- Mən geri dönüb heç vaxt baxmıram. Geridə qalan artıq gerilədi, yalnız irəli.

- "İndiki ağlım olsaydı...” – cümlənin davamını necə bitirərdiniz?

- Heç vaxt ərə getməzdim (gülür).

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı