2014-09-26 17:57

Almalı piroq

Əziz xanımlar bildiyimiz kimi almanın bol olan vaxtıdır.

 

LiderXeber.com informasiya agentliyi olaraq almalı piroqun hazırlanma qaydasını oxuyucularımıza təqdim edirik:


Ərzaqlar: 1 stəkan  şəkər tozu, 2 stəkan un, 1/2 stəkan duru yağ, 2 yumurta, 1 stəkan qatıq, 1 vanilin, 2 qabartma tozu, 3-4 alma

Hazırlanması: 1 stəkan şəkər tozuna 1/2 stəkan duru yağ əlavə edib qarışdırın. 1 stəkan qatığa 2 qabartma tozu əlavə edib garışdırın, qatıq qalxanda şəkər tozuna əlavə edin. 2 yumurtanı çalıb üstünə tökün, 1 vanilin də əlavə edib qarışdırın. Öncə bir stəkan unu töküb qarışdırın, sonra 2-ci stəkanı əlavə edin. Yaxşıca qarışdırıb formaya tökün. Almaları soyub fal-fal doğrayın, piroqun üstünə düzün. Öncədən gızdırılmış sobada 40 dəq. bişirin (180-200 dərəcədə).

 

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı