2014-09-25 10:19

Sumqayıtda “Şəhər günü” bayramından geniş - Video Reportaj

Sumqayıtda “Şəhər günü” bayramı münasibətilə möhtəşəm atəşfəşanlıq olub.

LiderXeber.com informasiya agentliyinin verdiyi məlumata görə, Sumqayıtda "Şəhər günü" bayramı münasibətilə Corat qəsəbəsindən sonra Sumqayıtın Bayraq meydanında təntənəli bayram keçidi ilə davam etdirilib. Tədbirdə hərbçilərin keçidi, idmançıların, motosikletçilərin, Azərbaycanın müxtəlif rayonlarından gəlmiş kollektivlərin, retro maşınların, müxtəlif nağıl personajlarının, Nəhəng gəminin, Şuşa qalasının üzərində görkəmli şəxsiyyətlərin və əsgərlərin, Rusiyanını Sankt-Peterburq şəhərinin "Barabançı qızlar”ının nümunəvi çıxışları və helikopterlərin möhtəşəm avia şousu olub.

Bir günü əhatə edən "Şəhər günü” bayramı axşam saatlarında Azərbaycanını tanınmış incəsənət xadimlərinin konsert proqramı ilə davam edib və bayram tədbiri əsrarəngiz atəşfəşanlıqla yekunlaşıb.

Tədbirdən hazırladığımız geniş Video Reportajı eksklüziv olaraq sizlərə təqdim edirik:

 

Səbuhi Vaqifoğlu

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı