2014-09-08 09:51

Dünyanın axtarışda olan ən təhlükəli 10 cinayətkarı - SİYAHI - FOTO

Ayman əz-Zəvahiri Üsəma Ben Laden öldürüldükdən sonra onun xələfi seçilib.

Bəzi cinayətkarların fəaliyyət miqyası bir ölkə ilə kifayətlənmir və qonşu dövlətləri də əhatə edir. Beynəlxalq miqyaslı belə cinayətkarlar adətən, transmilli cinayətkar şəbəkələrin - terror təşkilatlarının, narkokartellərin, mafiya qruplaşmalarının başında dayanırlar. Onlar beynəlxalq order əsasında əksər dünya dövlətləri tərəfində axtarışdadırlar.

BiG.Az nüfuzlu "Forbes” jurnalının məlumatı əsasında dünyanın axtarışda olan ən təhlükəli cinayətkarlarının siyahısını təqdim edir.

Dünyanın axtarışda olan ən təhlükəli 10 cinayətkarı - SİYAHI - FOTO

10. Doku Umarov – çeçen mücahidlərinin lideri. 2007-ci ilin oktyabrından "Qafqaz Əmirliyi”nin lideri olan Umarov 2009-cu ildə Neva ekspressində, 2010-cu ilin martında Moskva metrosunda və 2011-ci ilin yanvarında "Domodedovo” hava limanında baş verən terror aktlarının sifarişçisidir. 2011-ci ilin mayında ABŞ Umarov barədə məlumat verən şəxsə 5 milyon dollar vəsait vəd etmişdi. Rusiya Xüsusi Xidmət orqanlarının və bəzi Şimali Qafqaz mücahidlərinin məlumatına görə, 2013-cü il sentyabrın 7-də ərzaq zəhərlənməsindən keçinib.

Dünyanın axtarışda olan ən təhlükəli 10 cinayətkarı - SİYAHI - FOTO

9. Cozef Koni – Uqandadakı "Tanrının Müqaviməti Ordusu”nun rəhbəridir. 1987-ci ildə yaradılan silahlı təşkilat Uqandada İncil ehkamları əsasında dini dövlət yaratmaq üçün mübarizə aparır. Kütləvi qətllərdə, azyaşlı uşaqları döyüşçü kimi öz sıralarına məcburən daxil etdiyi üçün Cozef Koni Beynəlxalq Məhkəmə tərəfindən hərbi cinayətkar sayılaraq barəsində axtarış elan olunub.

Dünyanın axtarışda olan ən təhlükəli 10 cinayətkarı - SİYAHI - FOTO

8. Felisyen Kabuqa – Ruandalı biznesmen. Etnik mənşəcə xutu tayfasına mənsub olan Kabuqa 1994-cü ildə Ruandada 800 mindən artıq tutsi tayfası mənsubunun öldürülməsinə görə cavabdehdir. Böyük sərvətə malik biznesmen silahlı xutu dəstələrinin maliyyələşdirilməsində, hərtərəfli təchiz olunmasında aktiv rol oynayıb. Beynəlxalq Məhkəmənin hökmü ilə hərbi cinayətkar elan olunan Kabuqa uzun illərdir ki, məsuliyyətdən yayınır. ABŞ Kabuqa yaxud onun köməkçiləri barədə məlumat verən şəxsə 5 milyon dollar mükafat vəd edir.

Dünyanın axtarışda olan ən təhlükəli 10 cinayətkarı - SİYAHI - FOTO

7. Əlimcan Toxtaxunov - Uyğur əsilli Rusiya bizmesmeni və "qanuni oğru”. Böyük biznes imperiyası olan Toxtaxunov Federal Təhqiqatlar Bürosu tərəfindən 2002-ci il Solt-Leyk-Siti Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarının münsiflər heyətini pulla ələ almağa cəhd göstərib. Bundan başqa, FTB onu silah, narkotik və oğurluq maşın qaçaqmalçılığında şübhəli bilir. Hazırda Rusiyada yaşayır.

Dünyanın axtarışda olan ən təhlükəli 10 cinayətkarı - SİYAHI - FOTO

6. Matteo Denaro – Siciliya mafiozu. 2006-cı ildə "Koza Nostra” mafiyasının lideri Bernardo Provensano həbs olunduqdan sonra Denaro cinayətkar imperiyanın yüyənini öz əlinə alıb. 39 yaşlı mafioz Romada, Florensiyada və Romada onlarla insanların ölümünə səbəb olan partlayışların, sifarişli qətllərin arxasında dayanır. 2002-ci ildə İtaliya məhkəməsi onu çoxsaylı qətllərə görə qiyabi olaraq ömürlük azadlıqdan məhrum edib. İstintaqdan yayınan Denaronun pul, qadın və bahalı geyim düşkünü olduğu məlumdur.

Dünyanın axtarışda olan ən təhlükəli 10 cinayətkarı - SİYAHI - FOTO

5. Nasir əl-Vuaxişi – "Əl-Qaidə”nin Yəmən qanadının rəhbəri. Vuaxişi ABŞ-ın Yəməndəki səfirliyində qarşı terror aktlarına, xarici ölkə vətəndaşlarının oğurlanması və öldürülüməsinə görə məsuliyyət daşıyır. Bundan başqa, Nasir əl-Vuaxişi Səudiyyə Ərəbistanı şahzadələrinə və 2009-cu ilin dekabrında Amsterdam-Detroyt reysi ilə hərəkət edən təyyarədəki uğursuz terror cəhdinin ideya müəllifidir.

Dünyanın axtarışda olan ən təhlükəli 10 cinayətkarı - SİYAHI - FOTO

4. Semyon Moqileviç – Yəhudi mafiyasının liderlərindən biri sayılır. Rusiya, Macarıstan və İsrail vətəndaşı olan Moqileviç 4 ölkədə və Federal Təhqiqatlar Bürosunun "ən çox axtarılan 10 cinayətkar” siyahısında yer alıb. Yəhudi mafioz MDB ölkələrindən olan qızların Avropa fahişəliyə cəlb edilməsində, çirkli pulların yuyulmasında, silah ticarətində, reketdə və s. önəmli rollardan birini oynayır. Hazırda Rusiyada yaşayan 68 yaşlı Moqileviç biznes fəaliyyəti ilə də məşğuldur.

Dünyanın axtarışda olan ən təhlükəli 10 cinayətkarı - SİYAHI - FOTO

3. Daud İbrahim – Hindistanlı beynəlxalq cinayətkar. İdarə etdiyi "D-Company” cinayətkar şəbəkəsi vasitəsilə narkotik ticarəti, sifarişli qətl və terror aksiyalarının təşkil olunması ilə məşğul olur. 2008-ci ildə Hindistanın Bombey şəhərində 200-ə qədər insanın həyatına son qoyan terror aktlarının əsas təşkilatçısı sayılır. Hazırda Pakistanda, xüsusi xidmət orqanlarının himayəsi altında fəaliyyət göstərir.

Dünyanın axtarışda olan ən təhlükəli 10 cinayətkarı - SİYAHI - FOTO

2. Ayman əz-Zəvahiri – "Əl-Qaidə” terror təşkilatının misirli rəhbəri. 2001-ci il 11 sentyabr aksiyalarının əsas təşkilatçılarından biri sayılır. 2011-ci ildə Üsəma Ben Laden öldürüldükdən sonra onun xələfi seçilib. 2012-ci ildə ABŞ-ın Liviyadakı səfirinin ölümünə səbəb olan terror aktlarının əmrini də məhz Zəvahiri verib. ABŞ Ayman əz-Zəvahiri barədə məlumat verən istənilən şəxsə 25 milyon dollar mükafat vəd edib.

Dünyanın axtarışda olan ən təhlükəli 10 cinayətkarı - SİYAHI - FOTO

1. Xoakin Qusman – Meksikanın "Sinaloa” narkokortelinin rəhbəri. 56 yaşlı Qusman ABŞ-a daxil olan ağır narkotiklərin 10%-inə nəzarət edən cinayətkar şəbəkənin başında idi. "Forbes” jurnalının məlumatına görə o, dünyanın ən zəngin cinayətkarı hesab olunur. Meksika xüsusi xidmət orqanları və Amerika polisinin təqibinə məruz qalan narkobaron 2014-cü il fevralın 22-də Meksikanın Mastlan şəhərində həbs olunub.
SON XƏBƏRLƏR


Yuxarı